NAMAZ VAXTLARI:
  • FƏCR 05:36
  • GÜN 06:56
  • ZÖHR 12:25
  • ŞAM 18:11
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İcbari tibbi sığorta sistemi ilə göstəriləcək xidmətlərin sayı artırılacaq

Oxundu: 81
İcbari tibbi sığorta sistemi ilə göstəriləcək xidmətlərin sayı artırılacaq

İcbari Tibbi Sığorta Agentliyi ölkə üzrə həyata keçiriləcək icbari tibbi sığorta sisteminə baza zərfi ilə bağlı dəyişikliklər edəcək.

"İslaminSesi.info" Trend-ə istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta Agentliyinin Tibbi sığorta departamentinin rəhbəri Vüqar Qurbanov deyib.

 

Hazırda icbari tibbi sığorta sisteminin pilot olaraq həyata keçirildiyini xatırladan V.Qurbanov qeyd edib ki, pilot ərazilərdə aşkar edilmiş bəzi xəstəliklər baza zərfinə daxil edilməmişdi: "Onların yeni baza zərfində öz əksini tapması nəzərdə tutulur".

 

Agentlik rəsmisinin sözlərinə görə, yeni baza zərfinin quruluşu da fərqli olacaq ki, özündə diaqnozları və həmin diaqnoza aid olan tibbi müayinələri, müalicələri əks etdirəcək.

 

V.Qurbanov əlavə edib ki, hazırda mövcud olan baza zərfində yalnız tibbi xidmətlər öz əksini tapıb. Onun sözlərinə görə, yeni baza zərfi ilin sonuna hazır olacaq.

 

Agentlik rəsmisi 2019-cu ildən icbari tibbi sığorta sisteminin ölkə üzrə tətbiqinin planlaşdırıldığını da söyləyib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system