NAMAZ VAXTLARI:
  • FƏCR 06:03
  • GÜN 07:27
  • ZÖHR 12:25
  • ŞAM 17:41
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Husilərin strateji limanda misilsiz müqaviməti - Səudiyyə koalisiya 500 itki verib

Oxundu: 366
Husilərin strateji limanda misilsiz müqaviməti - Səudiyyə koalisiya 500 itki verib

“Ənsarullah”la müttəfiq olan Yəmən Ordusunun briqada generalı Şərəf Loğman bildirib ki, əl-Hudeyda əyalətinin hava limanı tam olaraq onların nəzarətindədir.

İslaminSesi.info bu barədə əl-Məsira telekanalına istinadla xəbər verir.

 

Yəmən Ordusunun briqada generalı Şərəf Loğman əlavə edib ki, son 10 gündə Səudiyyə koalisiyasının əl-Hudeyda hava limanına hücumu təcavüzkarların 500-ə yaxın canlı itki verməsi ilə nəticələnib.

 

Bundan öncə Ənsarullah Hərəkatının siyasi ofisinin üzvü Məhəmməd əl-Buxeyti strateji əl-Hudeyda şəhərinin hava limanının daxilindən videomüraciət etmiş və Səudiyyə koalisiyasının hərbi və media propaqandasına baxmayaraq əl-Hudeyda hava limanının süqut etmədiyini bəyan etmişdi.

 

Qeyd edək ki, Səudiyyə koalisiyasının nəhəng media qurumları əl-Hudeyda hava limanının ələ keçirildiyini bildirmişdilər.

 

 Qeyd edək ki, əl-Hudeyda şəhəri və onun dəniz limanı yəmənliərin təqribən üçdə birinə gedən humanitar yardımların son dəhlizidir. Səudiyyə və koalisiyası bu şəhəri almaqla bütün sahil boyunu təmizlədiyini və bununla da husiləri və onlarla müttəfiq olan yəmənli qüvvələrin xaricə çıxışını bağlayacağını düşünür.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system