Husilər son həftədə Səudiyyə koalisiyasının 4 PUA və helikopterini vurublar

Oxundu: 91
Husilər son həftədə Səudiyyə koalisiyasının 4 PUA və helikopterini vurublar

Husilər Səudiyyə-Yəmən sərhədində əl-Əsir bölgəsində qarşı tərəfin 2 PUA-sını vuraraq salıblar.

İslaminSesi əl-Məsira telekanalına istinadla xəbr verir ki, bu barədə mərkəzi qərargahları paytaxt Sənada yerləşən Yəmən Silahlı Qüvvələrinin (husilər) mətbuat xidməti bəyanat verib.

 

Bildirilib ki, ötən gün əl-Əsir bölgəsi səmasında Yəmən ərazisini izləyən Səudiyyə Ərəbistanı koalisiyasının iki kəşfiyyat pilotsuz uçan aparatı vurulub.


Qeyd edək ki, husilər 3 gün öncə ölkənin Həcca əyalətində Səudiyyə koalisiyasına məxsus Çin istehsallı "Wing Loong" adlı hücum PUA-sını, ötən ayın 28-də isə koalisiyanın bir ədəd "Apache" hərbi helikopterini vuraraq salıblar.


Husilər yeni havadan müdafiə silahını ərsəyə gətirdiklərini və tez bir zamanda onun adını açıqlayacaqlarını bildiriblər./SalamNews/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system