NAMAZ VAXTLARI:
  • FƏCR 05:03
  • GÜN 06:25
  • ZÖHR 12:35
  • ŞAM 19:01
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Husilər Səudiyyə Ərəbistanı və BƏƏ-də 299 hədəfi vuracaq

Oxundu: 217
Husilər Səudiyyə Ərəbistanı və BƏƏ-də 299 hədəfi vuracaq

Yəmən husiləri Səudiyyə Ərəbistanı və BƏƏ ərazisində, eləcə də Yəmənin özündə 299 həyati əhəmiyyətə malik hərbi və strateji obyektlərə hücüm etmək niyyətindədirlər.

İslaminSesi-nin verdiyi məlumata görə, bu haqda Yəmənin SABA informasiya agentliyi mənbələrə istinadən bildirir.

 

Məlumata əsasən, mayın 14-də Səudiyyə Ərəbistanında nasos stansiyalarına edilən dron hücumu 300 hədəfdən birincisi olub.

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı ABŞ-ın dəstəyi ilə 2015-ci il mart ayından Yəmənə hərbi təcavüz edib və bu ölkəni quru, hava və dənizdən mühasirəyə alıb.

 

Bu hərbi təcavüz indiyə qədər on minlərlə yəmənlinin həlak olması və  yaralanması, milyonlarla yəmənlinin didərgin düşməsi və Yəmənin infrastrukturlarının məhv olması ilə nəticələnmişdir.

 

Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının hücumları nəticəsində ölən və yaralananların arasında çox sayda uşaqların da olduğu bildirilir.  Bununla da bu koalisiyanın adı BMT-nin qara siyhasına alınıb. Belə ki, 38 hadisənin araşdırılması ilə müəyyənləşib ki, ərəb koalisiyasının 2016-cı ildə məktəblər və xəstəxanalara hava hücumların əticəsində 683 uşaq yaralanıb.

.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system