NAMAZ VAXTLARI:
  • FƏCR 03:38
  • GÜN 05:18
  • ZÖHR 12:37
  • ŞAM 20:16
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

“Hüquqi şəxslərin problemli kreditləri məsələsinə də baxılacaq”- Vahid Əhmədov

Oxundu: 69
“Hüquqi şəxslərin problemli kreditləri məsələsinə də baxılacaq”- Vahid Əhmədov

“Məndə olan məlumata görə, hüquqi şəxslərin devalvasiya ərəfəsində götürdüyü 10 min dollardan yuxarı kreditlər üçün güzəşt tətbiq edilməsi üçün iş gedir”.

Bunu  Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib.


Deputat qeyd edib ki, hazırda əsas diqqət ölkə rəhbərinin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı verdiyi fərmanın icrasının vaxtında yerinə yetirilməsinə yönəlib:


“Fiziki şəxslərin 10 min dollara qədər olan kreditlərilə bağlı kompensasiya məsələsi tam olaraq yekunlaşmalıdır. Hazırda banklar da tam surətdə prosesin yekunlaşmasına çalışırlar. Hesab edirəm ki, bu istiqamətə ciddi problemlər yoxdur”.


Parlamentarinin sözlərinə görə, fiziki şəxslərin problemli kreditlər məsələsi tam yekunlaşdıqdan sonra hüquqi şəxslərin problemli kreditləri məsələsinə baxılacaq.


Qeyd edək ki, bir müddət əvvəl Mərkəzi Bankın sədri Elman Rüstəmov “10 min dollardan yuxarı götürülən kreditlərə güzəşt edilməsi nəzərdə tutulmayıb. Bu kreditləri sahibkarlar öz biznes planları üçün götürüblər və onlar risklərin görə cavabdehdirlər” açıqlamasını verib.modern.az

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system