NAMAZ VAXTLARI:
  • FƏCR 05:11
  • GÜN 06:31
  • ZÖHR 12:32
  • ŞAM 18:49
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Hüquq-müdafiə təşkilatı Parisdə qaçqınlara qarşı zorakılıq barədə danışıb

Hüquq-müdafiə təşkilatı Parisdə qaçqınlara qarşı zorakılıq barədə danışıb

Refugee Rights Europe (Avropa Qaçqın Hüquqları) hüquq müdafiəsi təşkilatı miqrantlar arasında sorğu keçirərək Parisdə qaçqınların məruz qaldıqları zorakılıq səviyyəsi barədə məlumat verib.

Hüquq müdafiəçiləri araşdırma zamanı 2018-ci il yanvarın 27-dən 30-dək Fransa paytaxtında ümumilikdə 300-ə yaxın miqrantı dindirib.

 

Təşkilatın məlumatına görə, rəyi soruşulan qaçqınların 75% -i bildiriblər ki, fransız vətəndaşlar tərəfindən təhqirlərə məruz qalıblar. Bu təhqirlərin çoxu irqi zəmində baş verib.

Sorğu olunanların (respondentlərin) beşdə bir hissəsi parislilər tərəfindən fiziki zorakılığa məruz qaldıqlarını, 5 faizi isə hələ seksual zorakılığın qurbanı olduqlarını bildiriblər.

Rəyi soruşulan miqrantların üçdə birindən çoxu bildiriblər ki, Paris polisinin sərt hərəkətlərindən xəsarət alıblar, 86%-i isə gözyaşardıcı qazın təsirinə məruz qaldıqlarını qeyd ediblər.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system