NAMAZ VAXTLARI:
  • FƏCR 05:36
  • GÜN 06:56
  • ZÖHR 12:25
  • ŞAM 18:11
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Hollandiya höküməti Fələstinli Qaçqınlara Yardım Təşkilatına 13 milyon avro yardım edəcək

Oxundu: 328
Hollandiya höküməti Fələstinli Qaçqınlara Yardım Təşkilatına 13 milyon avro yardım edəcək

Hollandiya, Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Təşkilatına (UNRWA) 13 milyon avro yardım edəcəyini açıqlayıb.

İslaminSesi.info "Anadolu Ajansı"-na istinadla xəbər verir ki, bunu ölkənin xarici ticarət və inkişaf əməkdaşlığı naziri Ziqfrid Kaaq bildirib. Kaaq verdiyi yazılı açıqlamada UNRWA-nın hazırda qarşı-qarşıya olduğu maliyyə çətinliklərini nəzərə aldıqları üçün təcili olaraq 13 milyon avro yardım edəcəklərini qeyd edib:

 

"Birləşmiş Millətlər Təşkilatı, UNRWA-nın tarixin ən böyük maliyyə böhranı yaşadığını deyir. İnsanlar, xüsusilə uşaqlar bu vəziyyətdən zərər görmək təhlükəsi altındadırlar. Bundan başqa, bölgədəki sabitliyin daha da təzyiqli olacağı barərə risk vardır. UNRWA-nın rolu istisna edilə bilməz".


Qeyd edək ki, dünən ABŞ xarici işlər nazirliyi UNRWA-ya verəcəkləri 125 milyon dollarlıq yardımın 65 milyon dollarlıq hissəsinin "təkrar gözdən keçirmək üçün" təxirə salındığını açıqlamışdı.

Fələstin Statistika Mərkəzinin məlumatlarına görə, UNRWA-da qeydiyyatda olan 5,9 milyon fələstinli qaçqının 2,1 milyonu İordaniyada, 1 milyon 445 mini Qəzzada yaşayır, bu ardcıllığı Qərbi İordan, Suriya və Livan təqib edir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system