NAMAZ VAXTLARI:
  • FƏCR 05:06
  • GÜN 06:26
  • ZÖHR 12:34
  • ŞAM 18:57
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

"Hizbullah" hərəkatının lideri Həsən Nəsrullah İran XİN başçısına müraciət ünvanlayıb

Oxundu: 522

Livanın "Hizbullah" müqavimət hərəkatının lideri Seyid Həsən Nəsrullah İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifə müraciət ünvanlayaraq, ABŞ-ın onun barəsindəki sanksiyalarını pisləyib.

İslaminSesi-nin 8deynews.com-a istinadən verdiyi xəbərə görə, müraciətdə Nəsrullah Zəriflə həmrəyliyini bildirir.

 

Onun sözlərinə görə, Ağ evin milli təhlükəsizlik üzrə məsləhətçisi, İslam Respublikasını təhdid edən Con Bolton hədəflərinə nail ola bilməyib.

 

Nəsrullah qeyd edir ki, ABŞ 2006-cı ildə Livan kimi kiçik bir ölkənin müqaviməti qarşısında tab gətirə bilmədiyi halda, regionun qüdrətli dövləti, birliyi olan milləti və böyük rəhbəri qarşısında necə dayana bilər?

 

"Hizbullah" lideri Zərifə müraciət edərək, buyurur: "Siz bütün beynəlxalq dairələrdə uca və ifadəli səssiniz və dünyanın Tramp kimi tağutları qarşısında həqiqəti dilə gətiririsiniz... Sizi blokadaya salmaq istəyirdilər, lakin hazırda varlığınız daha güclü və təsiredicidir. Allahın iznilə, siz məzlumların müdafiəçisi və müqavimət cəbhəsi olaraq da qalacaqsınız".

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system