Hizbulla: ABŞ tarixində ən rüşvətxor Tramp administrasiyasıdır

Oxundu: 88
Hizbulla: ABŞ tarixində ən rüşvətxor Tramp administrasiyasıdır

Tramp rəhbərliyi bu yaxınlarda iki cinayət törədib. Biri general Qasim Süleymaninin öldürülməsi, digəri isə əsrin müqaviləsinin elan olunmasıdır.

Tasnim agentliyinin verdiyi xəbərə görə, bunu Hizbullah Livan Müqavimət Hərəkatının baş katibi Seyid Hassan Nəsrullah bildirib.

 

Nəsrullah, Tramp administrasiyasını ABŞ tarixindəki ən təkəbbürlü, ədalətsiz və rüşvətxor administrasiya adlandırıb. Onun sözlərinə görə, Vaşinqtonun cinayətləri Qərbi Asiyada müqavimət qüvvələri ilə birbaşa qarşıdurmanın əsasını qoyub.


"Ərəblər və müsəlmanlar Şeytana (ABŞ) qarşı çıxmaq üçün vahid müqavimət cəbhəsi yaratmalıdır", o deyib./SalamNews/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system