Hitlerin evində polis bölməsi yerləşdiriləcək - Avstriya hökumətindən qərar

Oxundu: 48
Hitlerin evində polis bölməsi yerləşdiriləcək - Avstriya hökumətindən qərar

Avstriya hakimiyyəti faşist Almaniyasının lideri Adolf Hitlerin doğulduğu Braunau şəhərindəki evdə polis bölməsi yerləşdirmək barədə qərar qəbul edib.

İslaminSesi xəbər verir ki, bu barədə Avstriyanın Daxili İşlər Nazirliyi bildirib.

 

"Binada yenidən planlaşdırma nəticəsində Braunau-na-İnnedə polis bölməsi yerləşdiriləcək" - deyə xəbərdə bildirilir.

 

Daxili işlər naziri Volfqanq Peşornun sözlərinə görə, bu evdən polisin ehtiyacları üçün istifadə edilməsi binanın daha heç vaxt nasional-sosializmi xatırlatmayacağını nümayiş etdirmək üçün zəruridir.

 

Nazirlikdə qeyd ediblər ki, evin keçmiş sahibinə mülkün dövlətin xeyrinə müsadirəsi üçün 812 min avro ödənilib. Bundan sonra Avstriya Respublikası binanın gələcək təyinatını müəyyən etməlidir.

 

Daha əvvəl bildirilirdi ki, Avstriyanın Braunau şəhərində Adolf Hitlerin doğulduğu ev dövlət mülkiyyətinə keçib. Evin keçmiş sahibəsi Gerlinda Pommer 812 min avro məbləğində təzminat alıb.

 

Bundan sonra nasist Almaniyası liderinin evi bərpa edilib./Report.az /

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system