NAMAZ VAXTLARI:
  • FƏCR 05:00
  • GÜN 06:22
  • ZÖHR 12:36
  • ŞAM 19:06
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

“Hirkan”dakı yanğını söndürə bilmirlər - İşə amfibiya təyyarəsi də cəlb olundu

Oxundu: 134
“Hirkan”dakı yanğını söndürə bilmirlər - İşə amfibiya təyyarəsi də cəlb olundu

Hirkan Milli Parkında dağlıq zonada baş vermiş yanğının söndürülməsi üçün əraziyə FHN-in Aviasiya dəstəsinin “BE 200 ÇS” amfibiya təyyarəsi cəlb olunub. Yanğının söndürülməsi məqdilə FHN-in Aviasiya dəstəsinin iki helikopteri də dünəndən ərazidə fəaliyyətdədir.

 

İslaminSesi bildirir ki, bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Xatırladaq ki, avqustun 20-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Lənkəran rayonunun Təngivan kəndi yaxınlığında Hirkan Milli Parkının ərazisində dağlıq zonada yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Yanğının geniş əraziyə yayılmasının qarşısını almaq və operativ söndürülməsini təmin etmək məqsədilə hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Cənub Regional Mərkəzinin müvafiq qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər cəlb edilib. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system