NAMAZ VAXTLARI:
  • FƏCR 05:35
  • GÜN 06:55
  • ZÖHR 12:26
  • ŞAM 18:13
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Hindistanın baş naziri İmam Hüseyn (ə) əzadarlıq məclisinə qatılıb – Foto

Oxundu: 351
Hindistanın baş naziri İmam Hüseyn (ə) əzadarlıq məclisinə qatılıb – Foto

Qeyd edək ki, Hindistanda keçirilən əzadarlıq və Aşura proqramlarında hər il milyonlarla insan iştirak edib.

İslaminSesi.info - Hindistan Baş Naziri Narendra Modi, İndoor şəhərində Şiə məscidinə gedərək İmam Hüseyn (ə) əzadarlıq məclisində iştirak edib.

 

 Burada çıxışında İmam Hüseynin sülh və ədalət üçün qiyam etdiyini bildirən Narendra Modi çıxışında deyib:

"İmam Hüseyn ədalətsizliyə, zülmə qarşı qiyam etdi. Bu gün onun qiyamını daha yaxşı anlayırıq. Bu gün bəşəriyyətin İmam Hüseynin təlimlərinə olan ehtiyacını daha yaxşı dərk edirik”.

 

 Dünyanın bir ailə modelində cəm olması yolunda bütün Əhli-beyt dostlarının və Hindistanda yaşayan Şiələrin böyük səylər göstərdiklərini bildirən Hindistan Baş Naziri, bir gün bütün dünyanın da bunu daha yaxşı başa düşəcəyini bildirib.

 

 Oxunan mərsiyə və sinəzənlərdə də iştirak edən Baş Nazir Narendra Modi proqramın sonuna qədər məsciddə qalıb.

 

 Qeyd edək ki, Hindistanda keçirilən əzadarlıq və Aşura proqramlarında hər il milyonlarla insan iştirak edir.

 

(Shafaqna.com)

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system