NAMAZ VAXTLARI:
  • FƏCR 03:45
  • GÜN 05:26
  • ZÖHR 12:47
  • ŞAM 20:27
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 1797
Hindistanı bir güllə belə atmadan müstəqilliyə qovuşduran “Satyaqraxa” üsulu

Hindistanı bir güllə belə atmadan müstəqilliyə qovuşduran “Satyaqraxa” üsulu

İslaminSesi.info. Hazırki Hindistan Respublikası 100-150 il əvvəl İngiltərənin koloniyalarından biri idi. İngilislər o zaman Hindistanın iqtisadiyyatını tamamilə əllərində saxlayır, hindistanılar isə kasıb yaşayırdılar.

Zəmanənin belə bir vaxtında Hinsdistanda Mohandas Karamçand (Mahatma) Qandi adında bir kəs peyda olur. Mahatma cismani cəhətdən elə də güclü görünməyən biri idi. O, İngilis müstəmləkəsi ilə əlaqədar olaraq 360 milyon əhalisi olan Hindistana müraciət edir. Müraciəti zamanı Mahatma Qandi əhaliyə deyir: Ey hindistanlılar, indi yaşadığınız kimi yaşamaq sizin xoşunuza gəlirmi? Onlar yox deyirlər: Bizim necə xoşumuza gələ bilər ki, ingilislər bütün iqtisadiyyata tamamilə ağalıq edirlər. Biz nəsə etməliyik. Bəs nə edək? Biz nə edə bilərik? Mahatma Qandi deyir: Bizim hər birimiz işğalçılardan, müstəmləkəçilərdən heç nə almamaq barədə qərar almalıyıq.

 

Bu qərarı yekunda hər bir hindistanlı aldı. Bu qərar Hindistanda “satyaqraxa” adlandı. Mahatma əhaliyə tapşırdı ki, ilkin olaraq ingilis istehsalı olan heç nə almamalıyıq. O, özü ilk dəfə olaraq tikiş maşınının arxasına keçdi və özü özünə paltar tikdi.

 

Image result for mahatma gandhi

Image result for indian people burning english Satyagraha

 

Əhalinin daha aşağı təbəqəsi müstəmləkəçilərdən alınmış məhsulları gətirib meydanlarda yandırırdı.

 

Related image

 

Onun tapşırdığı ikinci mərhələ bu oldu ki, hindstanlılar ingilislərin iş yerlərinə düzəlməkdən imtina etməli idilər. Mahatma dedi ki, yekunda hindistanlılarda elə bir fikir, təəssürat yaranmalıdır ki, Hindistanda ingilislər yoxdur.

 

Və onlar axırda bu effektə nail ola bildirlər! İngilis krallığının vəliəhd şahzadəsi Hindistana qonaq kimi gələndə onu qarşılamağa keç kim çıxmadı. İngilislər isə bu addıma əvvəlcə güldülər, sonra isə bir neçə ildən sonra Hindistandan getməyə məcbur oldular. Beləliklə Hindistan bir güllə belə atmadan müstəqil ölkə oldu – o zaman ki, hər bir sakin heç nə almamaq qərarı aldı. Ona görə də hər bir xalq əgər müstəqil şəkildə, müstəmləkəçilərin təsiri olmadan yaşamaq istəyirsə hami bir qayda olaraq xaricilərdən heç bir şey almamaq haqda qərar almaqdan keçir. Bunun üçün isə həm cismi həm də ruhumuzu həmişə sağlam, ayıq saxlamalıyıq. Bunun üçün isə sağlam düşüncəli olmalı, şüurumuzu  hər cür cəfəngiyyatdan , zir-zibil düşüncələrdən, illüziya və özünü aldatmadan qorumalıyıq.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system