Hindistan hökumətinə müsəlmanlara görə yenə çağırış edildi

Oxundu: 372
Hindistan hökumətinə müsəlmanlara görə yenə çağırış edildi

Dünya Müsəlman Alimlər Birliyi Hindistan hökumətinə çağırış edən bəyanat yayıb.

Bəyanatda vurğulanır ki, yeni vətəndaşlıq qanunu ləğv edilməli və qüvvəyə minməməlidir. 

 

"Bu vətəndaşlıq qanunu Hindistanda yaşayan müsəlmanların əleyhinədir. Biz müsəlmanların hüquqlarının qorunmasını tələb edirik. Bu istiqamətdə Hindistan hökuməti siyasi iradə nümayiş etdirməlidir", - deyə bəyanatda diqqətə çatdırılıb.


Qeyd edək ki, bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İranın Ali Dini lideri Ayətullah Seyid Əli Xamenei və Pakistan Baş Naziri İmran Xan da Hindistan hökumətinə müsəlmanlara qarşı təzyiqlərin dayandırılması üçün müraciət etmişdilər./eastnews.org/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system