Hindistan, Çin və Rusiya xüsusi ödəniş sistemi yaradacaq

Oxundu: 69
Hindistan, Çin və Rusiya xüsusi ödəniş sistemi yaradacaq

Hindistan, Çin və Rusiya ABŞ tərəfindən sanksiyaların daha da artması ehtimalı qarşısında öz aralarında ticarət əlaqələrini sadələşdirmək üçün SWIFT-ə alternativ olan xüsusi ödəniş sistemi yaratmağı nəzərdə tutur.

İslaminSesi “The Economic Times”ə istinadən xəbər verir ki, Rusiyanın SPFS (Sistema Peredachi Finansovıkh Soobsheniy - Maliyyə Məlumatların Ötürmə Sistemi) həmin daxili ödəniş sistemi ilə Çinin CBİBPS (Cross-Border İnter-Bank Payment System) ödəniş sistemi, həmçinin Hindistanın hələlik hazırlanma mərhələsində olan bənzər sistemi birləşdirilməklə Rusiya Mərkəzi Bankı tərəfindən idarə olunacaq vahid sistem yaradılacaq. Həmin üçtərəfli sistem hər üç ölkənin yerli maliyyə qaydalarına uyğun olaraq, ödənişlərin elektron ismarışların mübadiləsi əsasında fəaliyyət göstərəcək.

 

Yeni sistemin yaradılması hazırda Braziliada keçirilən BRİCS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası) zirvə görüşündə müzakirə oluna bilər. Belə ki, adıçəkilən təşkilatın üzv ölkələri milli valyutalarla ticarət əlaqələrini genişləndirməyə səy göstərir.

 

Hazırda Rusiyanın SPFS ödəniş sistemilə iki xarici bank – Belarusun “Belgazprombank” və Qazaxıstanın Avrasiya Bankı çalışır, daha səkkiz xarici bankla müvafiq müqavilə imzalanıb./“Report”/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system