NAMAZ VAXTLARI:
  • FƏCR 03:36
  • GÜN 05:17
  • ZÖHR 12:37
  • ŞAM 20:18
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Həzrəti Xızır (ə) – Bu barədə nə bilirik?

Oxundu: 590
Həzrəti Xızır (ə) – Bu barədə nə bilirik?

Övliyalar (Allah dostları) daim insanların önündə parlayan çıraq olub. Fərq etməz onlar dünyada olsun, yaxud dünyadan köçmüş olsun.

  

“İslaminSesi” – Bu kimi şəxsiyyətlərdən biri də həzrət Xızır (ə)-dır. Müsəlmanlar arasında həzrət Xızır (ə) böyük ehtiramla yad edilir, insanlar onun uzun ömürlü, hətta yaşının 3000 ilə qədər olduğuna etiqad edirlər.

 

Həzrət Xızırın (ə) adı Quranda açıq şəkildə qeyd edilməyib. Yalnız “yanımızda elm verdiyimiz” şəxs kimi vəsf edilir. Bu barədə Quranın “Kəhf” surəsində bəhs edilir. Kəhf surəsinin 60-82-ci ayələri Həzrəti Musa peyğəmbərlə (ə) “elm verilmiş” səxsin sərguzəştindən bəhs edir. Ayənin zahirindən görünən budur ki, sanki ulul-əzm, şəriət sahibi, Allah Təala ilə “danışan” əzəmətli bir peyğəmbər olan Hz. Musa (ə) həmin elm verilmiş şəxsin yanına imtahan verməyə, daha da kamil olmağa gəlib. Bu o deməkdir ki, həmin işarə olunan şəxs daha dərin elmə sahibdir.( Kəhf surəsinin 60-82)

 

Bütün təfsir alimləri və hədislər həmin şəxsin Hz. Xızır (ə) olduğunu qeyd edirlər. Lakin Xızır (ə)-ın özünü peyğəmbər olması baradə təfsirçilər arasında fikir ayrılığı vardır. Bəziləri onu peyğəmbər (Şeyx Tusi), bəziləri isə yalnız hikmət əhli bilmişlər (Fəxr-razi).

 

Hz. Xızırın (ə) hansı nəsildən olmasına gəlincə isə bu barədə də fikir ayrılıqları çoxdur. Lakin çoxları o həzrəti İshaq (ə) peyğəmbərin övladlarından, bir qismi isə həzrəti Nuhun (ə) övladlarından bilmişlər.

 

Təbii ki, bu qədər uzun ömurlu bir şəxsə bir məkan nisbət vermək doğru olmaz. Lakin İmam Sadiq (ə)-dan nəql olunan hədisdə Musa peyğəmbərlə (ə) baş verən əhvalatın İraq ərazisində olduğu bildirilir. Hətta Kəhf surəsində (60)  “iki dənizin qovuşduğu yer” ifadəsinin Fərat və Dəclə çayları olduğu bildirilir.

 

Dini mənbələrə əsasən Xızır (ə) hələ sağdır və dünyada yaşayır. Hətta Həzrət peyğəmbərlə (s) görüşdüyü də qeyd olunur. Həmçinin zəmanə İmamı (ə.f) və digər Allah dostları ilə rabitədə olduğu da bildirilir.

 

Hazırda Xızır (ə)-a nisbət verilən çoxlu yerlər vardır ki, insanlar həmin yerləri “Xızır məqamı” adlandırır, o ilahi şəxsiyyətə böyük ehtiram edirlər. Belə “məqamlara” İraqda, İranda, Suriyada, İordaniyada, Misirdə,Fələstində, hətta Azərbaycanda da rast gəlmək olur.

 

Son dövürdə Yaxın Şərqi cənginə alan İŞİD bəlası dünyanın tarixi-mədəni irslərindən də zərərsiz ötüşməyib. Suriya-İraq ərazilərində çoxlu sayda qədim-tarixi abidələr məhv edilib, o cümlədən Hz. Xızır (ə)-a nisbət verilən məkanlar “şirk” adı ilə partladılaraq dağıdılıb.

 

Xızır (ə)-ın yaşına gəlincə isə 3000 min ilə qədər olduğu belə ehtimal edilir. Çünki İranın Qum şəhəri yaxınlığında o Həzrətə (ə) nisbət verilən bir mağaranın 3min ilə yaxın tarixi vardır.

 

Həqiqətən Allah mərhəmət sahibidir... Allah dilədiyinə hesabsız ruzi verir (Nur-38)

 

Yaşar Nuriyev

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system