NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:11
  • ZÖHR 12:43
  • ŞAM 20:34
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İSLAM

Oxundu: 358
Həzrət Zəhranın (s.ə) üzüyünə həkk edilmiş zikr və onun mənası

Həzrət Zəhranın (s.ə) üzüyünə həkk edilmiş zikr və onun mənası

Həzrət Fatimeyi-Zəhranın (s.ə) üzüyünün materialı nədən idi və bu üzüyün üzərində hansı zikrlər həkk olunmuşdu?

İslaminSesi.info – Həzrət Fatimeyi-Zəhranın həyatından bəhs edən müasir və qiymətli “Fatemeye Zəhra şademaniye dele Peyambər” əsərində (səh-902) O həzrətin üzüyünün xüsusiyyətləri haqda bəzi hədislər gətirilib.

 

İlk növbədə qeyd etmək lazımdır ki, dini baxışda üzüklərin vurulması sırf bəzək-düzək hədəfi daşımır. Burada məqsəd üzüklərin üzərində olan zikrlərin Allahı insana xatırlatması, üzüklərdə yerləşdirilən zikrlərin və hirzlərin insanı mənəvi və fiziki baxımdan qoruması və sair hədəflər nəzərdə tutula bilər.

 

Hədislərə görə Fatimeyi Zəhranın üzüyü gümüşdən olub. Hədislərə əsasən həzrət Fatimənin üzüyünün üzərində “Əminəl-Mutəvəkkilun” (Allaha təvəkkül edənlər təhlükəsizlikdədirlər) zikri həkk olunub.

 

Digər bir hədisə görə isə o həzrətin üzüyünün üzərində “Allahu vəliyyu isməti” (Allah mənim ismətimi qoruyandır) zikri yazılıb.

 

Üçüncü bir hədisə görə isə O həzrətin üzüyünün üzərində “Niməl-Qadiru Allah və Ya Əminəl-Mutəvəkkilun” (Allah necə də gözəl qadirdir və Ona təvəkkul edənlər amandadırlar). Alimlər buyurur ki, bu zikrin üzüyün üzərində olması onun sahibini qoruyan ən güclü səbəblərdəndir.

 

Sonuncu ehtimalı ortaya qoyan hədisə görə isə, həzrət Fatimənin üzüyünün üzərində eynilə Süleyman Peyğəmbərin üzüyündə həkk olunmuş bu zikr olub:

 

“Subhanə mən əlcəməl-cinnə bi-kəlimatihi” (Pak və münəzzəhdir O Allah ki, kəlmələri ilə cinləri bağlayıb)

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system