Həzrət Məryəm Harunun bacısı olmadığı halda niyə qövmü ona "Harunun bacısı" deyə xitab edir?

Oxundu: 312
Həzrət Məryəm Harunun bacısı olmadığı halda niyə qövmü ona

Ey Harunun bacısı! Atan pis kişi, anan da pozğun deyildi” - Məryəm 28

 

Həzrət Məryəm Harunun bacısı olmadığı halda niyə qövmü ona "Harunun bacısı" deyə xitab edir?

 

1. Həzrət Məryəm Musa (ə) və Harunun bacısı olmamışdır. Həzrət Məryəmin ümumiyyətlə qardaşı olmamışdır. Digər tərəfdən Harunla (ə) Həzrət Məryəm arasında uzun zaman fasiləsi vardır. Quranda Həzrət Məryəmə “Ey Harunun bacısı” deyə xitab edildiyi əskini tapmışdır. Təfsirlərdə qeyd edilir ki, Harun (ə) Bəni-İsaril arasında paklığı ilə dillər əzbəri olmuşdur. Buna görə də kiminsə pak və ismətli olduğunu çatdırmaq istəyərkən ona Harunun qardaşı ya bacısı deyə xitab edilməsi bir ənənə halını almışdı.

 

Muğirə ibn Şöbə belə rəvayət edir: “Bir gün Peyğəmbər (s) məni bəzi işlərdən ötrü Nəcran qəbiləsinə göndərdi. Mən oraya çatdıqda onlar mənə dedilər ki, siz bu ayəni (“Ey Harunun bacısı...” ) oxuyursunuzmu? Bu necə ola bilər? Axı Musa və Harun İsa ibn Məryəmdən (ə) neçə əsr qabaq yaşayıb. Belə olduqda mən onlara nə cavab verəcəyimi bilmədim. Peyğəmbərin (s) yanına qayıtdıqda hadisəni ona danışdım. Peyğəmbər (s) buyurdu: “Nə üçün onlara demədin ki, Bəni-İsrail pak insanları peyğəmbər və saleh şəxslərə nisbət verirlər?”

 

2. Həzrət Məryəm özü də Həzrət Harunun bacısı deyildi. Həzrət Məryəm pak bir ailədən olduğu kimi, təqvalı və pəhrizkar bir xanım idi. Ərəblərdə (və digər bəzi qövmlərdə) ismət və paklıq ilə tanınan şəxsi həmin qəbilənin pak və ismətli şəxsin qardaş və ya bacısı deyərək çağırmaq adət olmuşdur.

 

3. Həzrət Məryəmin zamanında bacısı əxlaqsızlıqda şöhrət tapmış Harun adlı bir şəxs olmuşdur. Camaat bir zinakar ya fəsad əhlinə tənə vurmaq istədikdə ona “Ey Harunun qardaşı və ya bacısı, deyə xitab edərmişlər. Həzrət İsa (ə) dünyaya atasız dünyaya gəldiyi üçün bəziləri Həzrət Məryəmi zinada ittiham edir, odur ki, ona da eyni adla xitab edirlər. Bu xitab Həzrət Məryəmi Harun adlı şəxsin əxlaqsızlıqla tanınan bacısı ilə eyni tutmaq məqsədi güdürlər.

 

Mənbələr:

1. Nümunə təfsiri, c. 13, səh. 51.

2. Hidayət təfsiri, c. 7, səh 35.

3. Təfsirie Əhsənul-hədis təfsiri, c. 6.

4. Məcməul-Bəyan təfsiri c. 6, səh. 512.

5. Tebyan təfsiri c. 7, səh. 122.

 

İslaminSesi.info

İlahiyyatçı-araşdırmaçı Mahir Şəkərov

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system