NAMAZ VAXTLARI:
  • FƏCR 05:59
  • GÜN 07:22
  • ZÖHR 12:25
  • ŞAM 17:44
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Heyvanlarının belə ehtiram etdiyi Allah dostu - Bişr Hafi

Oxundu: 1001
"

Onun hörmətinə heyvanlar belə küçəni bulaşdırmazdı.

İslaminSesi - Allah bir kəsə xeyir vermək istəsə onun qəlbini haqqa yönəldər,

qəlbini və zehnini həqiqətləri görüb, dərk etmək üçün açıq edər

 

Həqiqətən də insan üçün Allahı tanıma şərəfinə nail ola bilməsindən üstün bir dəyər yoxdur

 

Bu yol nə qədər çətin görünsə də, onun əhli sadəcə bəndəlik etdiklərini deyirlər

 

Bu şəxsiyyətlərdən biri də Bişri Hafidir. Hafi əyaqyalın mənasındadır

 

 O öz həyatında baş verən önəmli dönüş nöqtəsindən sonra ayaqyalın gəzib

 

Bu səbəbdən o böyük şəxsiyyətə Hafi ləqəbi veriblər

 

Bir gün Həzrəti İmam Kazım (ə) böyük bir evin qarşısından keçırdi

 

İcərdən gələn səs-küy, çalıb-oynamaq, musiqi səsləri İmamın (ə) diqqətini çəkir

 

İmam (ə) zibil atmağa çıxan xidmətçini görür və soruşur:

Ey kəniz bu evin sahibi azaddır, yoxsa qul?

 

Kəniz: Əlbəttə azaddır Ağa!

 

İmam: Əlbəttə qul olsaydı öz Mövlasından (rəbbindən) həya edərdi

 

Kəniz evə qayıdanda olanları eyni ilə Bişirə danışır.

 

Nitqi tutulan Bişirin rəngi qaçır.

 

Süfrədən sıçrayaraq qalxan Bişir İmamın ardınca qaçır

Həzrətə yetişib üzür istəyir, keçirdiyi həyat tərzinə tövbə edir

 

O gündən Bişr ayağına ayaqqabı geymir

 

Səbəbini soruşanda “O gün heç vaxt yadımdan çıxmasın” deyə cavab verərdi

 

 

Hətta deyilir ki, Bişr sağ olduğu müddətdə kəndə olan heyvanlar heç vaxt küçəyə öz sidik və fəzlələrini axıtmazdılar

 

Bişrin ölüm xəbərini ilk dəfə bir çoban başa düşür

Kəndə qayıdan heyvanların küçəni batırmasını görən çoban: Ay camaat! Bişr öldü!deyə qışqırır

 

Camaat Bişrin evinə qaçır və həqiqətən onun öldüyünə şahid olurlar

 

Həqiqətən Allah, sadiq bəndələrini dünya və axirətdə izzət bəxş edər

 

“Bu, Allah tərəfindəndir. Həqiqətən, Allah istədiyi kimsəyə hesabsız ruzi verir” (Ali-İmran-37)

 

Yaşar Nuriyev

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system