Həsən Ruhaninin ABŞ-a səfər tarixi açıqlanıb

Oxundu: 294
Həsən Ruhaninin ABŞ-a səfər tarixi açıqlanıb

İran prezidenti Həsən Ruhani BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirak etmək üçün sentyabrın 23-də ABŞ-a səfər edəcək.

İslaminSesi xəbər verir ki, bu məlumatı İran KİV-i yayıb.


Sentyabrın 20-də İranın xarici işlər naziri Məhəmmədcavad Zərif Nyu-Yorka yola düşüb. Onun Baş Assambleyanın sessiyası çərçivəsində bir sıra ölkələrin xarici işlər nazirləri və yüksək vəzifəli rəsmi şəxsləri ilə görüşləri planlaşdırılıb.


Qeyd edək ki, BMT Baş Assambleyasının 74-cü sessiyası sentyabrın 17-də başlayıb. /Report.az/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system