NAMAZ VAXTLARI:
  • FƏCR 06:03
  • GÜN 07:27
  • ZÖHR 12:25
  • ŞAM 17:41
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

“Həsən Nəsrullah Livanda məzhəb yaralarını açmayacaq qədər hikmət sahibidir” – Məşhur yazar

Oxundu: 790
“Həsən Nəsrullah Livanda məzhəb yaralarını açmayacaq qədər hikmət sahibidir” – Məşhur yazar

Bu sözləri məşhur siyasətçi və yazar Corc Qallouey səsləndirilib. İslaminSesi həmin görüntüləri sizə təqdim edir.

 


"Mən Livanı çox sevirəm. İlk dəfə 1977-ci ildə ərəb ölkələrinə girişi Livandan etdim. Mənim ən çox sevdiyim ərəb ölkəsidir. Amma bilirsiniz mən qərb ölkələrinin Livan demokratiyası haqqında danışdıqlarını eşidəndə onlara hər zaman bildirirəm ki, əgər Livanda həqiqətən demokratiya olsaydı o ölkəni idarə edən Şeyx Nəsrullah olardı. Livanda yaşayanların əksəriyyəti səsini ona verərdi. O mütləq Livanda rəhbər olardı. Amma o bu ölkəyə rəhbər ola bilmir. Heç bir müsəlman bu ölkədə rəhbər ola bilmir. Çünki bu Livanda yaradılan qədim qaydalara əsaslanır. Bu qaydalar Livanda yaşayan qocalardan yaşlıdır. Seyid Həsən də buna görə şikayət etmir. Əslində onların çoxu həddindən artıq şanslıdırlar ki, Həsən Nəsrullah Livanda məzhəb yaralarını açmayacaq qədər hikmət sahibidir.

 

Onlar deyir ki, Hizbullah məzhəbçiliyə görə Kuseyrə girdi və Suriya müharibəsinə müdaxilə etdi. Əgər Hizbullahın məzhəb savaşlarına marağı olsaydı bir günortaya Livanı ələ keçirərdi. Cəmi bir  günorta kifayətdir! Amma onların Livanı ələ keçirmək istəkləri yoxdur. Elə onlar məhz bu səbəblə də Kuseyrə girdilər. Məzhəbçiliyə qarşı olduqları üçün Suriyaya müdaxilə etdilər. Hizbullah Suriyaya girən ilk təşkilat deyildi, son təşkilat idi. Əgər digər təşkilatlar Suriyanı tərk etsələr, Hizbullah da buna sevinərək eyni addımı atar. Çünki onlar məzhəbçi deyillər və Suriyada məzhəbçilərin qələbə çalmasını istəmirlər. Buna görə Suriyadakı müharibəyə qoşuldular. Çünki Seyid Həsən o məzhəb oyunları oynayandan və yalançılardan daha çox hikmət sahibidir".

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system