"Həşd Şabi" İraq Prezidentinə Trampla görüş barədə xəbərdarlıq etdi

Oxundu: 149

İraqın "Həşd Şabi" xalq hərəkatının "Hizbullah", "Nücəba" və "Kətaibul-Həqq" briqadaları ölkə başçısı Bərham Salehin ABŞ Prezidenti ilə görüşü barədə xəbərdarlıq edib.

 

Bu barədə "Həşd Şabi" tərəfindən açıqlama verilib.

Açıqlamada Prezident Salehə Trampla görüşməmək barədə xəbərdarlıq edilir:

"Terrorçu ABŞ İraqa son hücumlarında 80-ə yaxın əsgərimizi şəhid edib. Bundan əlavə "Həşd Şabi" komandan müavini general Əbu Mehdi Mühəndisi terrorə qarşı edib. İraq Prezidentini İsveçrədəki Davos forumu çərçivəsində amerikalı həmkarı ilə görüşməməyə çağırırıq. Bərham Saleh şəhidlərin qanını tapdalayaraq, axmaq ilə (Tramp) görüşərsə, iraqlılar bunun cavabını verəcəklər. Bundan sonra o, ölkədə xoş qarşılanmayacaq. Və vətənimizin şərəfli və azad insanları onu sevimli paytaxtımız Bağdaddan qovmaq üçün hərəkətə keçəcəklər". (Eastnews)

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system