NAMAZ VAXTLARI:
  • FƏCR 05:37
  • GÜN 06:57
  • ZÖHR 12:25
  • ŞAM 18:10
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 118
Hərəkət olmayan yolda sürücülər cərimələnir

Hərəkət olmayan yolda sürücülər cərimələnir

Bərdə rayonu Heydər Əliyev prospektində hərəkət olmayan yolda dayanma-durmanı qadağan edən yol nişanı qoyulub.

 

İslaminSesi "Xəzər xəbər"ə istinadən xəbər verir ki, sakinlər bildirir ki, bir neçə ildir Rayon İcra Hakimiyyətinin qarşısından keçən yolda hərəkət yoxdur. Həmçinin, küçənin girişində və sonunda dayanma və durmanı qadağan edən nişan qoyulub. Burada avtomobil saxlayan sürücülər yol polisi tərəfindən cərimələnir.

 

Sakinlər bildirir ki, qadağanedici nişanlar əsasən avtomobillərin gediş-gəlişinə maneə yaranan ərazilərdə quraşdırılır. Heç bir hərəkət olmayan küçədə belə bir yol nişanının qoyulmasını doğru hesab etmirlər.

Sakinlərin sözlərinə görə, ətrafda yaşayanlar avtomobili saxlamağa yer tapmır.

 

Məsələ ilə bağlı Bərdə rayon Dövlət Yol Polisi Bölməsindən bildirildi ki, sözügedən ərazidə həmin yol nişanı bir necə ildir ki, quraşdırılıb. Lakin nişanlarla bağlı bütün səlahiyyət "Siqnal" İdarəsinə məxsusdur. Rayon Siqnal İdarəsindən isə bildirdilər ki, şəhərdaxili bütün küçə və prsobektlərə yol nişanlarının yerləşdirilməsi İcra Hakimiyyətinin məktubu və icazəsi əsasında həyata keçirilir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system