NAMAZ VAXTLARI:
  • FƏCR 05:37
  • GÜN 06:57
  • ZÖHR 12:25
  • ŞAM 18:10
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 73
Hərbi xidmətdən möhlət hüququnun verilməsindən sonra magistraturaya qəbul olan oğlanların sayı 74 faiz artıb

Hərbi xidmətdən möhlət hüququnun verilməsindən sonra magistraturaya qəbul olan oğlanların sayı 74 faiz artıb

Azərbaycanda hərbi xidmətdən möhlət hüququnun verilməsi ilə əlaqədar olaraq ötən illə müqayisədə bu il magistraturaya qəbul olunan oğlanların sayı 73,9% artıb.

 

İslaminSesi bildirir ki, bunu APA-ya Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev deyib. Onun sözlərinə görə, 2016 və 2017-ci illərdə ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına keçirilən qəbul imtahanları üzrə imtahan nəticələrində müsbət dinamika müşahidə edilib.

 

Y.Piriyev qeyd edib ki, magistraturaya qəbul imtahanlarında bakalavrların ümumi nəticələri ötən tədris ilinə nisbətən 36,3% artıb: “Ötən illə müqayisədə sənəd verib, imtahana gəlməyənlərin sayı 15 dəfə azalıb. Magistraturaya sənəd verənlərin sayının azalmasının əsas səbəbləri arasında imtahanlar ödənişli olduğundan təsadüfi sənəd verənlərin kəskin azalması və yalnız gələcəkdə magistratura səviyyəsində təhsil almaq istəyənlərin sənəd verməsi yer alıb”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system