NAMAZ VAXTLARI:
  • FƏCR 05:09
  • GÜN 06:29
  • ZÖHR 12:33
  • ŞAM 18:52
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

İSLAM

Oxundu: 315
Hər kəs özünü Allahın xəlifəsi hesab edə bilərmi?

Hər kəs özünü Allahın xəlifəsi hesab edə bilərmi?

“Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir canişin (xəlifə) bərqərar edəcəyəm!”– dedikdə...” (Bəqərə-30)

İslaminSesi.info - Qurani Kərim bəzən insanı məzəmmət edir, bəzən isə ona şərəfli və ali varlıq adlandırır. İnsana izzət və şərəf bəxş edən ayələrdən biri də, ona Allahın xəlifəsi olmaq şərəfinin verilməsidir. Qurana əsasən bu məqam insandan başqası barədə deyilməyib. Hətta ən ali varlıq olan mələklərə belə ilk insan qarşısında səcdə etmək, təzim etmək əmr olunur. Bu əmr, yaradılacaq varlığda olan bir ucalığın göstəricisi idi. Mütəal Allah insanı Öz xəlifəsi adlandırır:

 

“Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir canişin (xəlifə) bərqərar edəcəyəm!”– dedikdə...”  (Bəqərə-30)

 

Quran, xəlifə deyərkən bu şərəfi bütün insanlara şamil edirmi, yoxsa xüsusi şəxslərə şamil olur? Quranın nəzərdə tutduğu xəlifə kimdir?

 

Hawzahnews.com agentliyi bu barədə Ayətulla Seyyid Sistaninin dəftərxanasına sual ünvanlayıb:

Quranda zikr olunan xəlifə kimdir? Hər kəs Allahın xəlifəsidirmi?

 

Cavab: Təfsiri-mizana əsasən deyilir:

 

Adı çəkilən xəlifəlik Allahın xəlifəsidir. Bəzi təfsirçilər qeyd edir ki,daima  yer üzündə xəlifə olub və nəsli kəsilib. Sonra Allah onları insanla əvəz edib. Lakin bu münasib deyil. Çünki Allah Təala “adları Adəmə öyrəti” ayəsi ilə mələklərə cavab verir. (Yəni mələklər xəlifə haqqında məlumatlı olsaydılar, Allaha biz Sənə ibadət edirik deməzdilər. Bu o deməkdir ki, mələklərin xəlifənin nə olmasından xəbərləri yox idi).

Xəlifəlik tək Adəmin özü ilə məhdudlaşmır, həm də onun övladlarına da şamil olur. Ayədə qeyd olunan “adları öyrətdi” kəlməsi insana elm əmanət etmək mənasındadır. Bu elm insanda daimi və tədrici şəkildə aşkar olur. Əgər insan düzgün istifadə edə bilsə onda potensial halda olan bu elm real (güc, mövcud) hala çevrilər.

 

Quran ayələri xəlifəliyin umumi olması fikrini daha da gücləndirir:

 

“Yadınıza salın ki, O, sizi Nuh qövmündən sonra xələflər təyin etdi və sizi xilqətcə daha qüvvətli etdi. Allahın nemətlərini xatırlayın ki, bəlkə nicat tapasınız”. (Əraf-7)

 

“Sonra onların ardınca sizi yer üzündə xələflər etdik ki, görək necə davranacaqsınız”. (Yunus-14)

 

 

“Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yer üzünün xəlifələri edən kimdir?”  (Nəml-62)

 

Qeyd edək ki, verilən təfsirə və Quran ayələrinə əsasən bütünlüklə insan, hər bir kəs Allahın yer üzündə olan xəlifəsidir. Bir xəlifə olaraq onun vəzifəsi Rəbbini tanımaq və Ona səcdə etmək, xəlifəlik məqamında özünü doğrultmaqdır. İnsan bu nail olmazsa  öz xəlifəlik vəzifəsini yerinə yetirməmişdir demək:

 

“Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım” (Zariyat-56)

 

 

Yaşar Nuriyev

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system