NAMAZ VAXTLARI:
  • FƏCR 06:11
  • GÜN 07:36
  • ZÖHR 12:27
  • ŞAM 17:36
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

Oxundu: 55
Hər il diabetdən 2,1 milyon qadın ölür

Hər il diabetdən 2,1 milyon qadın ölür

14 noyabr – qlobal diabet xəstələri günüdür.

Hazırda dünyada 199 milyon qadın şəkərli diabet xəstəsidir və bu rəqəmin 2040-cı ilədək 313 milyona çatacağı gözlənir.
 
14 noyabr – qlobal diabet xəstələri günüdür. Bu gün 1991-ci ildə Beynəlxalq Diabet Federasiyası (IDF) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən yaradılıb.
 
2006-cı ildə isə BMT bu günü Ümumdünya Diabet Günü elan edib.
 
HƏR İL DİABETDƏN 2,1 MİLYON QADIN ÖLÜR
 
Builki diabet gününün mövzusu “Qadınlar və diabet: sağlam gələcəyə haqqımız”dır.
 
Dünyada diabetin qadınları ölümə aparan səbəblər içində doqquzuncu olduğu bildirilir, hər il bu xəstəlikdən 2,1 milyon qadın ölür.
 
Sosial-iqtisadi şəraitin də qadın və qızların şəkər xəstəliyinə tutulmasında rolu var. Belə ki, bu xəstəliyin profilaktikası, erkən aşkarlanması, diaqnoz qoyulması, müalicəsinə, özəlliklə inkişaf etməkdə olan ölkələrdə əngəllər az deyil.
 
Zəif qidalanma, fiziki hərəkətsizlik, tütündən istifadə, alkoqoldan aşırı istifadə də qadınları diabet riskinə məruz qoyur.
 
Diabet xəstəsi olan hər beş qadından ikisi reproduktiv yaşdadır və dünyada onların sayı 60 milyondan çoxdur. Bu qadınların hamilə qalması çətinləşir, hamiləlikləri çox vaxt uğurlu sonuclanmır.
 
 Hər yeddi doğuşdan birində diabetə yoluxma (GDM) qeydə alınır ki, bu da ana və uşağın səhhətinə ciddi təsir göstərir. GDM-ə yoluxmuş qadınlarda hamiləlikdə çətinliklər olur, yüksək qan təzyiqi, çətin doğuş, dölün çəkisinin böyüklüyü kimi problemlərlə üzləşirlər.
 
Şəkər xəstəsi olan qadınlar və qızların daha çox ayrıseçkiliklə üzləşdikləri bildirilir. Kişilərlə müqayisədə gördükləri münasibət onları diaqnoz və müalicədən çəkindirir.(azadliq.org)

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system