Hələb sakinləri ordunun uğurlu əməliyyatına görə şənlik mərasimi keçiriblər - VİDEO

Oxundu: 81
Hələb sakinləri ordunun uğurlu əməliyyatına görə şənlik mərasimi keçiriblər - VİDEO

Suriya ordusunun Hələbin təhlükəsizliyini tam şəkildə təmin etməsindən sonra şəhər sakinləri mərkəzi meydana toplaşaraq şənlik təşkil ediblər.

SANA xəbər verir ki, Hələbin sakinləri ötən və bu gün şəhərin mərkəzi Sədullah əl-Cabiri meydanına toplaşaraq ordunun uğurlu əməliyyatına görə şənlik təşkil ediblər.

 

Hələb sakinləri şəhərin təhlükəsizliyinin tam şəkildə təmin edilməsinə görə orduya təşəkkür ediblər və ölkə miqyasında təhlükəsizliyin tam bərpası üçün əməliyyatların davam etdirilməsini istəyibər.


Qeyd edək ki, Suriya Ordusu son 3 həftədə İdlib əyalətinin şərqi və Hələb əyalətinin qərbində apardığı əməliyyatlar çərçivəsində strateji M5 yolunu nəzarətə götürüb və Hələb şəhərinin qərbində 40-a yaxın qəsəbə və kəndi azad edib.


Xatırladaq ki, Hələb bu gün 7 il fəaliyyətini dayandırmış beynəlxalq hava limanının işinin yenidən bərpasının şahidi olub./SalamNews/

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system