NAMAZ VAXTLARI:
  • FƏCR 06:06
  • GÜN 07:30
  • ZÖHR 12:26
  • ŞAM 17:39
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Həccə gedən zəvvarların ilk qrupu bu gün yola düşür

Oxundu: 329
Həccə gedən zəvvarların ilk qrupu bu gün yola düşür

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu bun gün təyyarə ilə Səudiyyə Ərəbistanına yola düşür.

 

İslaminSesi Qafqaz Müsəlmanları İdarəsinə istinadən bildirir ki, zəvvarlar mərhələli şəkildə avqustun 11-dən 15-ə qədər yola salınacaqlar, qayıtmaları isə sentyabrın 1-dən 4-ə qədər yekunlaşacaq. Zəvvarlar 8 təyyarə ilə yola salınacaq.

 

Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1440 nəfərin sənədləri qəbul edilib. Zəvvarlardan 30-a yaxını təkrar ziyarət edənlərdir.

 

Həcc ziyarətinin qiyməti isə 4150 dollar təşkil edir. Səudiyyə Ərəbistanı qanunlarına əsasən, son 4 il ərzində ardıcıl ziyarətə gedənlər əlavə 535 dollar ödəməlidir. Yəni əgər bir şəxs son 4 ildə hər il Həcc ziyarətinə gedibsə və bu il də gedirsə, əlavə məbləğ ödəməlidir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system