NAMAZ VAXTLARI:
  • FƏCR 05:06
  • GÜN 06:26
  • ZÖHR 12:34
  • ŞAM 18:57
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Həcc dinin vacib buyurduğu siyasi bir göstərişdir – Ayətullah Xamenei

Oxundu: 1520
Həcc dinin vacib buyurduğu siyasi bir göstərişdir – Ayətullah Xamenei

“Deyirlər həcci siyasiləşdirməyin. Həccin özü dinin vacib buyurduğu siyasi bir əməldir”

 

“İslaminSesi” Tasnimə istinadən xəbər verir ki, İran İslam İnqilabının rəhbəri Ayətullah Xamenei bu sözləri bu gün səhər ölkənin həcc işləri ülə məşğul olan qrumların səlahiyyətliləri ilə görüşü zamanı deyib.

 

“Hər zaman böyük təhlükəli sözlər eşidirik. Xüsusən də İslami məsələlərdə. Deyirlər həcci siyasiləşdirməyin. Necə siyasiləşməsin? Bu (həcc) vəhdətin yaradılması üçündür, bu siyasi bir göstərişdir. Fələstin xalqının, yəmənlilər kimi məzlum müsəlmanların müdafiəsi və onların himayəsi siyasi bir vəzifədir. Bu islam təlimləri ilə eynidir, vacibdir. Müşriklərdən kənar olmaq özü də vacibdir. Bütün bunlar dinin göstərişləridir” deyə İslam İnqilabı rəhbəri bildirib.

 

Ayətullah Xameneyi “Həcc siyasi göstərişdir. Bu dinin vacib əməllərindəndir. Bu siysi hərəkatın qarşısını almağa çalışırlar. Bu özü də bir siyasətdir, amma dinin əleyhinə” deyə davam edib.

 

Sonda Ayətullah Xamenei həcc əməlləri üçün gedənlərin Rəhmanın (Allahın) qonaqları olduğunu xatırladaraq, onların təhlükəsizliyinin təmin edilməsinin zərurətdindən danışıb. 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system