NAMAZ VAXTLARI:
  • FƏCR 06:25
  • GÜN 07:52
  • ZÖHR 12:33
  • ŞAM 17:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Həbs edilmiş Səudiyyə generalı İrana qarşı gizli planların üstünü açdı

Oxundu: 672
Həbs edilmiş Səudiyyə generalı İrana qarşı gizli planların üstünü açdı

Ortalıq qarışacaq! Səudiyyə planları ortaya çıxdı.

"İslaminSesi"  "Haber7"-yə istinadən xəbər verir ki, Amerikanın The New York Times qəzeti, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ və Səudiyyə Ərəbistanlı rəsmilərinin İran iqtisadiyyatını çökdürmək üçün ölkənin bəzi iş adamları ilə 2 il öncə keçirdikləri gizli görüşlərin bəzi detallarını açıqlayıb.

 

Belə ki, xəbərdə Camal Qaşıqçı qətlindən sonra vəzifədən alınan Səudiyyə Ərəbistanı kəşfiyyat məmurlarından Əhməd əl Asirinin, İrana qarşı iqtisadiyatını çökdürmək planları, o cümlədən Qasim Süleymani və başqa önəmli şəxslərə qarşı sui qəsd planlarına dair iddialar yer alıb.

 

Verilən məlumatlara əsasən təxminən 2 il əvvəl İran iqtisadiyyatını çökdürmək üçün etdikləri plan çərçivəsində Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), ABŞ və Səudiyyə Ərəbistanlı rəsmiləri görüşüş, Məhəmməd bin Salman yaxın bəzi adların sui-qəsd planlarını müzakirə etmişlər.

 

O cümlədən qəzetin verdiyi məlumata görə Livan əsilli Amerikan iş adamı və Birləşmiş Ərəb Əmirliklərinin Vəliəhd Şahzadəsi Məhəmməd bin Zayed Əl-Nahyanın müşaviri Corc Naderin təşəbbüsü ilə hazırlanan bir planda İranın iqtisadiyyatına təxribat məqsədi güdürdü. İddialara görə Nader, bu planı həm Şahzadə Məhəmməd ilə müzakirə etmiş, həm də planı Ağ Ev rəsmilərinə təqdim etmişdi.

 

Həmçinin kəşfiyyat və təhlükəsizlik agentlikləri ilə dərin bağları olan İsrailli iş adamıı Joel Zameldi də bu plan təşkilatçılarının bir parçasıdır.

 

Qəzetin bildirdiyinə görə ABŞ-da 2016da keçirilən prezident seçkilərini Demokrat namizəd Hillari Klintonun qazanacağını düşünən Zamel və Nader, planlarını Belçikadakı bir toplantıda Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı rəsmilərinə təqdim ediblər.

 

Lakin seçkilərdən Trampın qalib çıxması ilə Nader və Zamel Nyu-yorka gedərək Trump dövrü rəsmilərinə və Səudiyyə generallara planlarından danışıb.  Nyu-yorkdakı bir oteldə keçirilən həmin toplantıda Səudiyyə Ərəbistanı Kəşfiyyat rəsmisi Əhməd əl Asiri də olub.

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system