NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

“Hazırkı şəraitdə əhalini sülhə hazırlamaq çağırışını anlamaq mümkün deyil” – Taliyət Əliyev

Oxundu: 792
“Hazırkı şəraitdə əhalini sülhə hazırlamaq çağırışını anlamaq mümkün deyil” – Taliyət Əliyev

“Ordumuzun bir neçə itki verməsi məhz ermənilər tərəfindən törədilən təxribatlar nəticəsində baş verib və bu onu göstərir ki, Ermənistan sülhə hazırlaşmır”

 

25 ildən çoxdur Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistandan və ermənipərəst həmsədrlərdən şok Qarabağ açıqlamaları eşidirk ki, bunlar başadüşüləndir. Amma Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun “biz əhalini sülhə hazırlamalıyıq” çağırışından həqiqi mənada şok keçirməmək mümkün deyil.

 

Məlumdur ki, E.Məmmədyarov iyunun 20-də Vaşinqtonda erməni həmkarı Zöhrab Mnatsakanyanla görüşdən sonra jurnalistlərə açıqlama verib. O, görüş zamanı “intensiv və dərin” danışıqların aparıldığını qeyd edərək, həmsədrlərin daha məzmunlu danışıqlar üçün əlavə sənədlər təqdim etdiyini söyləyib. Son vaxtlarda təmas xəttində hərbi durumun gərginləşməsinin xoşagəlməz hal olduğunu bildirən nazir, eyni zamanda danışıqların davam edəcəyinə əminliyini ifadə edib: “Detallarda bəzi fikir ayrılıqları var idi, ancaq müzakirələrin əsas məğzi də məhz detallardır. Biz dərk edirik ki, daha çox siyasi iradə nümayiş etdirməliyik. Hətta təmas xəttindəki vəziyyət yekunda bəyannamə, yaxud sülh müqaviləsinə doğru irəliləyişə mane olmamaldır”.

 

E.Məmmədyarov problemin həlli istiqamətində bəzi ilkin addımların atılmasının əhəmiyyəti haqqında danışıb. Onun söylədiklərinə görə, ən vacib elementlərdən biri hərbçilərin kazarmalara qayıtmasıdır. “Hərbçilərin kazarmalara qayıtması sülh üçün daha yaxşı zəmin yaradacaq. Vəziyyətin normallaşdırılmasından danışanda digər vacib məsələ odur ki, Parisdə və Moskva görüşlərimizdə danışdığımız kimi, biz əhalini sülhə hazırlamalıyıq,” - xarici işlər naziri bildirib.

 

Bəs, Elmar Məmmədyarovun, əhalinin sülhə hazırlanması barədə çağırışını necə dəyərləndirmək olar? Nazirin təbirincə desək, hərbçilərin kazarmalara qayıtması sülh üçün doğrudanmı yaxşı zəmin yaradacaq?

 

İslamınsəsi”nə danışan ADP sədrinin müavini Taliyət Əliyev dedi ki, bu gün Azərbaycanın əraziləri işğal altındadır, ermənilər tərəfindən həmin ərazilərin ilhaq siyasəti həyata keçirilir. Atəşkəs rejimi olmasına baxmayaraq, yenə də cəbhə bölgəsində əsgərlərimiz şəhid olur. Ermənilər nəinki torpaqların qaytarılması, əksinə, yeni işğalçılıq niyyətlərindən danışırlar: “Belə bir şəraitdə Azərbaycan XİN başçısının əhalini sülhə hazırlamaq çağırışını anlamaq mümkün deyil. Azərbaycan əhalisi bir şərtlə sülhə hazır ola bilər ki, işğal altında olan ərazilərimiz işğaldan azad edilsin, qaçqın və məcburi köçkünlərimiz özlərinin dədə-baba torpaqlarına qayıtsın. Yox, əgər torpaqlarımız işğal altında qalacaqsa, bizim sülhə hazırlaşmağımız mümkün deyil. Bu, təslimçi sülh olardı”.

 

T.Əliyev diqqəti son həftələrdə cəbhə xəttində baş verən hadisələrə çəkdi. Və dedi ki, ordumuzun bir neçə itki verməsi məhz ermənilər tərəfindən törədilən təxribatlar nəticəsində baş verib: “Bunlar onu göstərir ki, Ermənistan sülhə hazırlaşmır. Əgər işğalçı tərəf sülhə hazırlaşmırsa, işğala məruz qalan tərəf kimi biz hansı sülhə hazırlaşmalıyıq..? Hesab edirəm ki, sülhə nail olmaqdan ötrü ilk növbədə müharibəyə hazır olmalıyıq. Çünki ermənilər könüllü şəkildə torpaqları azad etməyəcək”.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system