Hava şarı qəzaya uğradı: Ana və oğlu öldü - VİDEO

Oxundu: 47
Hava şarı qəzaya uğradı: Ana və oğlu öldü - VİDEO

Çinin Şandun əyalətindəki parkda ana və övladı faciəvi şəkildə ölüblər.

İslaminSesi xəbər verir ki, hadisə yerindən kadrlar “Daily Mirror”  qəzeti tərəfindən yayımlanıb.

 

Oktyabrın 1-də 31 yaşlı çinli qadın üç yaşlı oğlu ilə hava şarında gəzmək qərarına gəlib. Şar 50 metr hündürlüyə qalxdıqdan sonra qəzaya uğrayıb.

 

Kadrlardan cütlüyün əvvəlcə şarda necə oturduğu, kameralara əl elədiyi görünür. Elə bu vaxt qəfildən şar sürətlə yuxarı qalxır və gözdən itir. Səlahiyyətlilər şarın partladığı və ana-oğulun öldüyünü bildiriblər.

 

Polis uçuşun təşkili ilə məşğul olan beş nəfəri həbs edib. Sahəvi parkı müvəqqəti bağlayıblar, faktla bağlı araşdırma aparılır. Anonim mənbələrə görə, polis şarların qanunsuz fəaliyyət göstərdiyini aşkar edib. /Oxu.az/

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system