NAMAZ VAXTLARI:
  • FƏCR 03:45
  • GÜN 05:26
  • ZÖHR 12:47
  • ŞAM 20:27
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 215
Haşdu-Şabinin bir batalyonu elan edib: Sionist rejiminə qarşı döyüşə hazırıq

Haşdu-Şabinin bir batalyonu elan edib: Sionist rejiminə qarşı döyüşə hazırıq

İŞİD-lə döyüşən Haşdi-Şabinin “Kətaib Hizbullah” batalyonu Amerika və İsrail tərəfindən İraq-Suriya sərhədində onlara endirilən hava zərbələrinə belə cavab verib.

İslaminSesi.info əl-Məyadinə istinadla xəbər verir ki, Haşdi-Şabinin “Kətaib Hizbullah” batalyonu Amerika və İsrail tərəfindən İraq-Suriya sərhədində onlara endirilən hava zərbələrinə cavab olaraq, sionist rejimi ilə döyüş üçün hazır olduqlarını elan ediblər.

 

Qeyd edək ki, 3 gün öncə Suriyanın İraqla sərhəddə yerləşən Bu-kamal şəhəri ərazisinə naməlum təyyarələr tərəfindən endirilən hava zərbələri nəticəsində “Kətaib Hizbullah” batalyonunun 22 əsgəri şəhid olmuşdu.

 

Haşdi-Şabinin “Kətaib Hizbullah” batalyonunun sözçüsü Cəfər Hüseyni verdiyi müsahibədə bildirib ki, son günlərdə İraq-Suriya sərhədində onlara endirilən aviazərbələr, onları sionist rejiminə qarşı müharibəyə qatılmasına sövq edir. “Kətaib Hizbullah” batalyonunun sözçüsü əlavə edib ki, Suriya hökuməti razılıq versə onlar bu işə qatıla bilərlər.

 

Bundan öncə İraqda İŞİD-lə döyüşən Haşdi-Şabinin “Əsaib Əhlil-Haqq” batalyonu da sionist rejimi ilə döyüşlərə qatılmağa hazır olduğunu bildirmişdi.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system