"Hamısı bumeranq kimi qayıdacaq" - Məşhur rejissor ABŞ-ı "şərin gücü" adlandırdı

Oxundu: 123

Amerikalı rejissor Oliver Stoun ölkəsini "şərin gücü" adlandırıb və hər şey bumeranq kimi qayıdacağını deyib.

“Təəssüf hissi ilə deməliyəm (çünki ölkəmi sevirəm!) ki, biz pis gücə çevrildik. İslahat, hər şeyi dəyişdirmək istəyən insanlar üçün pisliyin gücünə çevrildik. İnsanlar üçün ... İnsanlar üçün! Adi insanlar üçün! Və bundan heç nə alınmır. Düşünürəm ki, nəticə verməyəcək", - deyə Stoun RT-yə müsahibəsində şikayət edib.

 

O həmçinin dünyada qisas alan "tarixi güc"ün olduğunu bildirib. Rejissorun sözlərinə görə, hamısı bumeranq olaraq ABŞ qayıda bilər.


Bundan əlavə, Stoun ölkəsində korrupsiyanın miqyasının digər ölkələrdəki vəziyyətdən üstün olduğunu deyib. Rejissor ABŞ-dakı demokratiyanın yalnız sözdə olduğunu, əslində pulun hər şeyi idarə etdiyini vurğulayıb./Faktxeber.com/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MÖVQE XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system