Halloven - Cadılar bayramı (Əgər bayram demək olarsa) VİDEO

Oxundu: 800
"

Halloven yaxud digər adı cadılar bayramı olan qəribə adət.

 

Halloven (hellouin) yaxud digər adı cadılar bayramı olan qəribə adət.

 

İslaminSesi.info - Dünyada texnika və informasiya vasitələri inkişaf etdikcə insanlar arasında rabitə də asanlaşır. Bununla da müxtəlif mədəniyyət və sivlizasiyaya malik insanlar bir-birinə qaynayıb qarışır. Təbii ki bu proseslər öz ardınca yad ünsrülər, yad adətlər də gətirir.

Bizə yad olan, lakin doğmalaşdırılmağa çalışılan adətlərdən biri də “Hellouin bayramı”dır - (Əgər bayram demək mümkündürsə?)
Bu bayram hər ilin oktyabırın 31-i, noyabırın 1-nə keçən gecə keçirilir.


Nədir bu Hellouin?


Balqabaq bayramı, yaxud cadılar bayramı mənasına gələn bu qəribə adətin tarixi təxminən eramızdan əvvələ gedib çıxır.
Bəli 2000- 2500 il əvvələ...


Hazırki dünyamızda mövcud olan və təkallahlı hesab olunan yəhudilik, xristianlıq və islamdan daha qədimə!


Bu adətin ilk nişanələrinə indiki İrlandiya, Fransa və İngiltərə ərazilərində rast gəlinir və əvvəli Şotland xalqına məxsus Keltlərin “bayram”-ı hesab edilir. Lakin hazırda Şotlandlar bu bayramı qeyd etmirlər. Əsasən Kanada və ABŞ-da geniş şəkildə qeyd olunur və Amerika mədəniyyətinin güclü təsiri altında dünyaya yayılır.


Nədi bu bayramın özəllikləri?


Bu bayram əsas iki hadisəni xarakterizə edir. Biri təbiətin “ölməsi”, yəni qışın gəlişi, digəri isə ölmüş insanların pis ruhlarının dünyaya hücümu.
İnsanlar qışın gəlişini öz təsərrüfat və əkinlərindən əldə etdikləri məhsulları ortaya qoymaqla sanki qışa meydan oxuyur.


Digər bir xüsusiyyəti isə pis ruhları qovmağı xarakterizə edir. Qədim Keltlərin düşüncəsinə görə həmin bu gecədə (oktyarb-31-i) dünya ilə axirət arasındakı divar aradan qalxır və qara ruhlar insanlardan intiqam almaq üçün dünyaya axışır.


İnsanlar da ruhları qorxutmaq onlardan xilas olmaq üçün müxtəlif qorunc maskalar taxır, üzlərinə müxtəlif qorxunc şəkillər çəkir, hətta ağızlarına qan sürtərək özlərini vampirə oxşadırlar. Hətta bəziləri daha qorxunc səhnə yaratmaq üçün müxtəlif başı kəsilmiş insan vəya heyvan obrazları yaradırlar.


Bu bayramın qorxu yaradacaq, tük ürpədici simvollarından biri də qara pişik və içərisi ovularaq göz və iri dişlər qoyulmuş balqabaqlardır. Bu balqabaqlara “Cek” fənəri də deyilir. Keltlər bu balqabağların içində şamlar yandırır, nəticədə ortaya vahiməli bir səhnə çıxırdı. Bununla da onlar ruhların qorxub qaçacağını ehtimal edirdilər.

 

Bunlarla yanaşı bayramın hörümçək toru, küpəgirən qarı, qara pişik, skelet kimi simvolları da vardır ki, bütün bunlar hamısı qara qüvvələrin qorxunc simvolları hesab edilir. Hətta Hellouin bayramı keçirilən regionlarda insanlar heyvan başı kəsər, bu başları və soyulmuş dərini əyinlərinə geyinər, evdə ocağı söndürər, öz qorxunc görkəmləri ilə kabusları qorxutmağa çalışarlar.

 

Bu bayramların əsas iştirakçıları uşaqlar və yeniyetmələrdir. Elə buna görədə bəzi Avropa ölkələri (Fransa) azyaşlıarın bu bayramda iştirakını, yaxud bu qorxunc libaslardan istifadə etməsini qadağan edir. (Hətta bir çox İslam ölkələr tam qadağan edib)


Lakin bütün bunlara baxmayaraq ABŞ və Kanadada təntənəli şəkildə qeyd olunur, hətta hər il bu atraksion kastyumlarına böyük həcmdə pullar sərf edilir. Müxtəlif mediya və xüsusi şəxslər vasitəsi ilə dünyada geniş təbliğ olunur.


Azərbaycan da bu kimi yad mədəniyyətlərin təsirinə məruz qalmaqda olan ölkələrdəndir. Hellouin Azərbaycan içtimaiyyəti tərəfindən həvəslə qəbul edilməsədə, bəzi məktəb, baxça və digər təhsil ocaqlarında bu bayramın təzahürlərinə rast gəlinir. Hətta içtimai tədbirlərə belə daxil edilir. Misal üçün 31.10.2011-ci ilə ADU-də (Azərbaycan Dillər Universiteti) keçirilmiş Hellouin bayramını qeyd edə bilərik. ADU-i bu bayramı təntənə ilə qeyd etmiş, tələbələr vasitəsi ilə müxtəlif "səhnəciklər" canlandırılmışdır. (azertag.az - 31.10.2011)

 

Bəzi Avropa və Asiya ölkələrində qadağan edilmiş, yaxud müxtəlif məhdudiyyətlər qoyulmuş, heç bir milli və dini dəyərlərimizi özündə ehtiva etməyəm, əksinə insanlarda qorxunc və dəhşətli hisslər yaradan bu bayramın ölkəmizdə təbliğə, övladlarımıza təlqin edilməsinə nə ehtiyac var?

 

Bu "bayram"-ın bizə hansı faydaları vardır ki onun geniş təbliği üçün bu qədər canfəşanlığ edilir?

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system