NAMAZ VAXTLARI:
  • FƏCR 03:34
  • GÜN 05:16
  • ZÖHR 12:38
  • ŞAM 20:20
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İDMAN

Oxundu: 118
"

Hakim penalti qərarına görə həbs olundu – Video

Serbiyadan olan futbol hakimi Srcan Obradoviç yerli çempionatın 36-cu turu çərçivəsində keçirilən matçda təyin etdiyi iki penaltiyə görə həbs olunub.

Bu barədə “USA Today” məlumat yayıb.

 

Mayın 13-də Subotiça şəhərinin “Spartak” komandası öz meydanında “Radniçki”ni qəbul edib. Görüş ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda Obradoviç Subotiça klubunun xeyrinə bir sıra şübhəli qərarlar çıxarıb: ikinci hissənin əvvəlində referi qonaqların hücumçusuna iki dəfə sarı kart göstərərək, onu meydançadan qovub.

 

Daha sonra isə 13 dəqiqə ərzində “Radniçki”nin qapısına iki 11 metrlik cərimə zərbəsi təyin edib. Hər iki penaltini Nemanya Nikoliç qola çevirib.

 

Hakim barəsində iki sutkalıq həbs qətimkan tədbiri seçilib. Obradoviç futbol meydanında xidməti vəzifəsindən sui-istifadə etməkdə şübhəli bilinir. /Oxu.az/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İDMAN XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system