Hadı Rəcəblinin nəticələri ləğv edildi (SON DƏQİQƏ) - Rəsmi açıqlama ++ Yenilənib

Oxundu: 1833
Hadı Rəcəblinin nəticələri ləğv edildi (SON DƏQİQƏ) - Rəsmi açıqlama ++  Yenilənib

Millət vəkili Hadı Rəcəblinin nəticələri ləğv edilib.

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 74 saylı Lənkəran kənd seçki dairəsindən deputatlığa namizədlər Bəşirov Rəvan və Əzizxan Əzizovun müraciətinə baxılıb.

“Report” xəbər verir ki, məsələ ilə bağlı MSK üzvü Qabil Orucov məlumat verib.

MSK üzvü bildirib ki, bir çox materiallara baxarkən müəyyən edilib ki, müşahidəçilərin iştirakı ilə protokollar tərtib edilməyib:

“Həmçinin protokollar səsvermə otağından kənara çıxarılaraq tərtib edilib. Seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular aşkar edilib, qanunvericiliyin tələbləri pozulub. Bəzi namizədlərə aid səslərə sonradan düzəlişlərin edilməsi halları müəyyən edilib. Səsvermənin etibarsız sayılan məntqələrinin sayı 27-dir.

İclasda həmin dairənin 27 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

(Report)

Qeyd edək ki, bu dairənin lider namizədi Hadı Rəcəblidir.

 

********************************

İslaminSesi bildirir ki, bu barədə anews.az –a etibarlı mənbədən məlumat daxil olub.

 

Məlumata görə MSK-ya daxil olan şikayətlər əsasında deputatın seçki nəticələri ləğv edilib.

 
MSK-ya və Hadı Rəcəbliyə sorğu göndərsək də bizə cavab verən olmadı.
 

Qeyd edək ki, fevralın 9-u Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib.

 

Deputat Hadi Rəcəbli 53,1 faizlə yenidən deputat seçilib.

 

****

13:22

74 saylı Lənkəran Kənd Seçki Dairəsi bu dairədə Milli Məclisə seçkilərin nəticələrinin ləğv olunması ilə bağlı xəbərlərə münasibət bildirib.

 

Lənkəran Kənd Seçki Dairəsinin sədri Əlövsət Quliyev Oxu.Az-a açıqlamasında yayılan məlumatları təkzib edib.

 

Onun sözlərinə görə, müvafiq dairə üzrə qanun pozuntuları aşkarlanmayıb.

 

“Kimsə seçilmir, qalib gələnə iftira atmağa başlayır. Belə şeylər həmişə olur”, - deyə Ə.Quliyev əlavə edib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system