NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Hacıbala Abutalıbovun bağlatdırdığı kafe gecə klubu kimi fəaliyyətə başladı - AYB-nin binasında / FOTOLAR/

Oxundu: 335
Hacıbala Abutalıbovun bağlatdırdığı kafe gecə klubu kimi fəaliyyətə başladı - AYB-nin binasında / FOTOLAR/

Azərbaycan Yazıçılar Birliyinin binasında yerləşən keçmiş “26” - “Twenty six” adlı kafe başqa adla gecə klubu kimi fəaliyyətə başlayıb.

 

İslaminSesi Modern.az-a istinadən xəbər verir ki, yeni açılan gecə klubu “Hot Room Club” adı ilə fəaliyyət göstərir. Gecə klubu axşam saat 22:00-dan səhər tezdən 06:00-a qədər fəaliyyət göstərir.

 

Xatırladaq ki, ötən ilin sentyabr ayında Bakının Səbail rayonu ərazisində, “Sahil bağı” yaxınlığında, Xaqani küçəsində yerləşən Azərbaycan Yazıçılar Birliyinin nəzdində olan və icarəyə verilmiş “26” - “Twenty six” kafesi qalmaqallı şəkildə bağlanmışdı.

 

Obyektin bağlanmasına səbəb kimi onun “26 - Bakı komissarı”nın adını daşıması göstərilmişdi. Bakı şəhərinin sabiq meri Hacıbala Abutalıbov, Səbail Rayon İcra Hakimiyyətinin sabiq başçısı Eldar Əzizov və polis əməkdaşlarının iştirakı ilə kafenin adı sökülmüş, icarəyə götürən şəxs isə saxlanılmışdı.


Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system