Hacı Əliyev əsəbiləşib özündən çıxdı: Hakimlərə hücum etdi - VİDEO

Oxundu: 324
Hacı Əliyev əsəbiləşib özündən çıxdı: Hakimlərə hücum etdi - VİDEO

Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında Azərbaycanı təmsil edən sərbəst güləşçimiz Hacı Əliyevin ilk görüşdə məğlub olması barədə xəbər vermişdik.

 

İslaminSesi Baku.ws-ə istinadən xəbər verir ki, 65 kq çəki dərəcəsində yer alan üçqat dünya çempionumuz rusiyalı Hacımurad Rəşidov məğlubiyyətini haqsız sayb.

 

İlk hissədə Əliyev hesabda geri düşsə də, ikinci yarıda vəziyyəti öz xeyrinə dəyişib – 2:1.

 

Lakin sona doğru Rəşidov önə çıxıb – 3:2. Bununla belə, Əliyev daha 2 fəndlə önə çıxıb.

 

Lakin Rusiya tərəfi etirazından sonra videotəkrara baxılıb. Nəticədə Əliyevin 2 xalı sildirilib. Hakimlərin qərarı ilə azərbaycanlı pəhləvan uduzdurulub – 2:4.

 

Qərardan narazı qalan Əliyev qırmızı vərəqəni hakimlərə tərəf atıb.

 

Güləşçimiz daha sonra hakimlərin üzərinə getmək istəyib. İşə yerli polis qarışıb.

 

Yalnız bundan sonra üçqat dünya çempionu çölə çıxıb.

 

Hakimlər qırmızı vərəqə göstərərək onu yarışdan kənarlaşdırıblar.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system