Gürcüstanın Azərbaycana 6,874 milyon dollar borcu var

Oxundu: 85
 Gürcüstanın Azərbaycana 6,874 milyon dollar borcu var

Gürcüstanın Azərbaycana olan borcu 6,874 milyon ABŞ dollarına bərabərdir.

 

İslaminSesi “Report”a istinadən  xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin aylıq hesabatında bildirilib.

 

Bu il dekabrın 1-nə olan məlumata əsasən, aylıq müqayisədə qonşu ölkənin Azərbaycana borcu dəyişməyib.

Sənədə əsasən, Gürcüstanın 5 392 830 milyon dollar məbləğində xarici dövlət borcu var. Bu məbləğin 5 186 895 milyon dolları hökumətin payına düşür.

Gürcüstanın ən çox borcu olduğu ölkələrin ilk üçlüyünə Almaniya (312,531 mln. dollar), Fransa (229,057 mln. dollar) və Yaponiya (213,946 mln. dollar) daxildir.

Qonşu ölkənin Türkiyəyə 13,209 milyon, Rusiyaya 53,772 milyon, Ermənistana isə 7,554 milyon dollar həcmində borcu var.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system