Gürcüstanda xalq etiraz edir, parlamentə giriş bağlanıb – Bir neçə millət vəkili istefa verib/FOTO

Oxundu: 81
Gürcüstanda xalq etiraz edir, parlamentə giriş bağlanıb – Bir neçə millət vəkili istefa verib/FOTO

Tbilisidə etirazçılar Gürcüstan parlamentinin binasının üç giriş qapısını bloklayıb.

İslaminSesi report-a istinadən xəbər verir ki, buna səbəb qanunverici orqanda proporsional seçki sisteminə keçidi nəzərdə tutan qanun layihəsinin qəbul olunmamasıdır.

 

Aksiya təşkilatçılarından biri olan Giqa Makaraşvili bildirib ki, deputatlara parlament binasını tərk etmələrinə imkan verilməyəcək: “Parlament üzvləri bu gün böyük səhv etdilər və Gürcüstan əhalisi bunu heç zaman unutmayacaq”.

Etirazçılar parlamentin binası qarşısında saat 19:00-da kütləvi aksiya təyin ediblər.

 

 

Qeyd edək ki, Gürcüstan parlamentində proporsional seçki sisteminə keçidi nəzərdə tutan Konstitusiya dəyişiklikləri səs yetərsizliyindən qəbul olunmayıb. Qanun layihəsi tələb olunan 113 səsdən yalnız 101 səs toplayıb.

 

Bununla bağlı bəzi deputatlar hakim “Gürcü Arzusu” Partiyasından istefa verdiklərini açıqlayıblar.

 

Parlamentin vitse-spikeri Tamar Çuqoşvili, həmçinin deputatlar Tamar Xulordava, sopo Katsarava, Giorgi Mosidze, İrina Pruidze, Dmitri Sxitişvili parlament çoxluğundan imtina ediblər.

 

 

“Təəssüf ki, səbəb nə olursa olsun, Konstitusiyaya düzəliş layihəsi uğursuz alındı. Bizim parlament çoxluğunu tərk etməkdən başqa çıxış yolumuz qalmayıb. Konstitusiyaya düzəliş məsələsi çox ağır məsələdir və nə mən, nə də həmkarlarım bunun siyasi məsuliyyətini öz üzərimizə götürə bilərik”, – deyə T. Çuqoşvili bildirib.

 

Son məlumata görə, Tbilisidə etirazçılar Gürcüstan parlamentinin binası qarşısındakı Rustaveli prospektini də bağlayıblar.

 

“Report”un yerli bürosu xəbər verir ki, onlar oturaq aksiya keçirirlər.

 

Mərkəzi prospekt boyu avtomobillərin hərəkətində məhdudiyyətlər yaranıb. Patrul polis əməkdaşları avtomobil yolunu açmağa çalışsalar da, aksiyaçılar buna etiraz edirlər.

 

Nəticədə tərəflər arasında qarşıdurma yaranıb.

 

Etirazçılar bildiriblər ki, onlar oturaq aksiya ilə dinc itaətsizlik nümayiş etdirirlər. 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system