NAMAZ VAXTLARI:
  • FƏCR 06:11
  • GÜN 07:36
  • ZÖHR 12:27
  • ŞAM 17:36
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

İSLAM

Oxundu: 94
Gürcüstanda bir qrup müsəlman etiraz aksiyası keçirib

Gürcüstanda bir qrup müsəlman etiraz aksiyası keçirib

Gürcüstan azərbaycanlıları Tbilisidə parlament binasının qarşısında Myanmarda müsəlmanların kütləvi qətlə yetirilməsinə etiraz aksiyası keçiriblər.

İslaminSesi APA-nın Gürcüstan bürosunun məlumatına istinadən bildirir ki, Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Seyid Mirtağı Musəvi Myanmarda müsəlmanlara qarşı zorakılığa son qoymağa, dünya ictimaiyyətini diqqətini bu faciəyə yönəltməyə çağırıb.

 

 

 

Aksiyaya Gürcüstanın azərbaycanlıların sıx yaşadıqları Marneuli və Qardabani rayonlarından da vətəndaşlar və din xadimləri qatılıb. Aksiya iştirakçıları "Myanmarda müsəlmanların soyqırımına yox" şüarı səsləndiriblər. 

 

 

 

Aksiyaya Gürcüstan Yevangelist-baptist kilsəsinin yepiskopu Malxaz Sonqulaşvili də qatılıb. O, Myanmardakı hadisələri kəskin pisləyib.

 

 

 

Aksiyanın sonunda qətnamə qəbul olunub.

 

 

 

Sənəd  BMT-nin Gürcüstandakı nümayəndəliyinə təqdim ediləcək

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system