NAMAZ VAXTLARI:
  • FƏCR 05:06
  • GÜN 06:26
  • ZÖHR 12:34
  • ŞAM 18:57
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə etiraz aksiyası keçirildi

Oxundu: 279
Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə etiraz aksiyası keçirildi

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqlar Marneuli rayonunun Təzəkənd kəndinin sakinləri etiraz aksiyası keçiriblər.

İslaminSesi.info  xəbər verir ki, sakinlər kəndə verilən suvarma suyunun kifayət etməməsindən narazılıqlarını bildiriblər.

 

Sakinlərin sözlərinə görə, kəndə suvarma suyu müxtəlif vaxtlarda qrafiklə verilir və bu da əkin sahələrinin vaxtlı-vaxtında suvarılmasına imkan vermir.

 

Onlar bildiriblər ki, arxlarda su gec-gec gəldiyindən bura axıdılan çirkab sular nəticəsində ətrafa pis qoxu yaranır.

 

Əraziyə gələn Təzəkənd kənd rəhbərliyinin nümayəndəsi Vahid Xəlilov sakinlərin şikayətlərinin aidiyyatı qurumlara çatdırılacağına söz verib. O, yay aylarında kəndə suyun qrafiklə verildiyi və bunun da kifayət etmədiyi barədə məlumatlı olduğunu qeyd edib.Report

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system