NAMAZ VAXTLARI:
  • FƏCR 04:29
  • GÜN 05:57
  • ZÖHR 12:44
  • ŞAM 19:48
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 572
Gürcüstanda azərbaycanlı ailəsinin evinə silahlı basqının  təfərrüatları -YENİLƏNİB

Gürcüstanda azərbaycanlı ailəsinin evinə silahlı basqının təfərrüatları -YENİLƏNİB

Gürcüstanda azərbaycanlı ailənin məruz qaldığı silahlı basqının təfərrüatları məlum olub.

 

"İslaminSesi.info" bildirir ki, APA-nın məlumatına görə, gecə saat 12.00 radələrində Allahverdiyevlər ailəsinin yaşadığı evə 3 nəfər maskalı şəxs daxil olub. 
 

“Kalaşnikov” avtomatı ilə silahlanmış basqınçılar Əlirza Allahverdiyev, onun həyat yoldaşı Həqiqət Allahverdiyeva və qızları 18 yaşlı Sahibə Allahverdiyevaya avtomatla zərbələr endirərək, onları ayrı-ayrı otaqlarda bağlayıblar. Oğrular ailə üzvlərinə soyuq silahla xəsarətlər yetirərək işgəncə veriblər. 
 

Soyğunçular evdəki əşyaları alt-üst edərək pul və zinət əşyalarını axtarmağa başlayıblar. Onlar bildiriblər ki, bu yaxınlarda ailə 19 baş mal-qara satıb və ailədə 20 min laridən çox pul olmalıdır. 


Cinayətkar dəstə evdən 5 min lariyə yaxın pul, 10-dan çox üzük və digər qızıl əşyalar aparıblar. 
 

Faktla bağlı cinayət işi açılıb. Hazırda polis tərəfindən mühasirəyə alınmış evdə müvafiq ekspertiza aparılır.

 

***

Gürcüstanın Kaspi rayonunun Ferma kəndində azərbaycanlı ailənin evinə silahlı basqın olub.

 

"İslaminSesi.info" bildirir ki, APA-nın məlumatına görə, maskalı şəxslər gecə saatlarında evə daxil olaraq ailə üzvlərinə hədə-qorxu gəliblər.

 

Ailə üzvləri arasında yaralananların olduğu bildirilir. Hazırda polis hadisə yerində araşdırma aparır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system