Gürcüstanda 80 Azərbaycandilli, 117 ermənidilli məktəb fəaliyyət göstərir
Oxundu: 178
16:39, 19.09.2019
Gürcüstanda 290-a yaxın məktəbdə tədris qeyri-gürcü - Azərbaycan, erməni və rus dillərində aparılır.
İslaminSesi “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan ombudsmanını 2018-ci il üzrə insan haqları ilə bağlı parlament hesabatında bildirilib.
Sənədə əsasən, 208 məktəb tam qeyri-gürcü dilində fəaliyyət göstərir, 76 məktəbdə isə etnik azlıqların dilində bölmələr var.
Hesabatda qeyd olunub ki, ölkədə Azərbaycandilli 80, ermənidilli 117, rusdilli 11 məktəb fəaliyyət göstərir.
Gürcü-Azərbaycandilli bölmələrin sayı 31, gürcü-Azərbaycan-rusdilli bölmələrin sayı 1, Azərbaycan-erməndilli bölmələrin sayı 2, rus-Azərbaycandilli bölmələrin sayı isə 2 təşkil edir.
Milli azlıqların dillərində olan məktəblərdə 7741 pedaqoq müxtəlif fənlərdən dərs deyir. Azərbaycandilli məktəblərdə 3 411, ermənidilli məktəblərdə 2 985, rusdilli məktəblərdə 1372 müəllim çalışır.
Qeyri-gürcü dilli məktəblərdə təhsil alan şagirdlərin ümumi sayı 51 144 nəfər olub ki, bunların da 25 018-i Azərbaycandilli məktəb və bölmələrin payına düşüb.Ermənidilli məktəb və bölmələrdə isə 13 240 nəfər təhsil alır.
Qeyd edək ki, qonşu ölkədə 2014-cü ildə aparılan son siyahıyaalmaya əsasən azərbaycanlılar Gürcüstan əhalisinin 6,3%-ni (233 min nəfər), ermənilər isə 4,5%-ni (168,1 min nəfər) təşkil edir.
DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ
BÜTÜN XƏBƏRLƏR-
Azərbaycanda ayıların kəndə hücumu kameraya düşdü - VİDEO 22:57, 05.12.2019
-
İpoteka və Kredit Zəmanət Fondunun büdcəsi təsdiq edildi 21:39, 05.12.2019
-
Bu küçədə hərəkət məhdudlaşdırılacaq 21:00, 05.12.2019
-
Prezident parlamenti buraxdı, növbədənkənar seçkilərin vaxtını təyin etdi - SƏRƏNCAM 16:59, 05.12.2019
-
"Kasıblar "kombi" işlətmir, qiymət artımı onlara təsir etməyəcək" - Deputat 15:55, 05.12.2019
-
1 ildə 5-ci görüş - Məmmədyarov erməni həmkarı ilə 3 saat nə danışıb? 15:23, 05.12.2019
-
Bu rayonlara qar yağdı - Faktiki hava 15:19, 05.12.2019
-
Dollar bahalaşacaq? – “Bu Milli Bankın qərarından asılıdır” 13:26, 05.12.2019
FOTO XƏBƏR
BÜTÜN FOTO XƏBƏRLƏRVİDEO XƏBƏR
BÜTÜN VİDEO XƏBƏRLƏR
Azərbaycanda ayıların kəndə hücumu kameraya düşdü - VİDEO

NATO müdafiə xərclərini artırır - Rusiya silahlanma yarışına qoşulacaqmı? (VİDEO)

Vaqif Əsədovdan təcili yardıma yol verməyən xanım sürücüyə: "Könüllü gəlsəniz..." - VİDEO

Bizi biabır edənlər: Türkiyədə azərbaycanlılardan ibarət oğru dəstəsi yaxalandı - VİDEO
ŞƏRH YAZIN