NAMAZ VAXTLARI:
  • FƏCR 04:34
  • GÜN 06:00
  • ZÖHR 12:43
  • ŞAM 19:42
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Gürcüstanda 400-ə qədər metallurq etiraz aksiyası keçirib

Oxundu: 191
Gürcüstanda 400-ə qədər metallurq etiraz aksiyası keçirib

Gürcüstanın Rustavi şəhərində metallurgiya zavodunun işçilərinin keçirdiyi aksiya iştirakçılarının sayı 400 nəfərə çatıb.

 

"İslaminSesi" “Report"a istinadən xəbər verir ki, etirazçıların bir hissəsi “Rustavi Polad” şirkətinin rəhbərliyi ilə görüşərək tələblərini bildiriblər.

Rəhbərlik tələblərin yerinə yetirilməsi imkanlarının araşdırılması üçün üçgünlük vaxt tələb edib.

 

Metallurqlar tələbləri yerinə yetirilməyənə qədər işə çıxmayacaqlarını bildiriblər.

Qeyd edək ki, zavod işçilərinin əsas tələbləri əməkhaqlarının 1000 lariyə qədər artırılması və iş vaxtının 12 saatdan 8 saata qədər azaldılmasından ibarətdir. 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system