Gürcüstan-Azərbaycan sərhədində 2 İran vətəndaşı Gürcüstana buraxılmadı - RƏSMİ

Oxundu: 78
Gürcüstan-Azərbaycan sərhədində 2 İran vətəndaşı Gürcüstana buraxılmadı - RƏSMİ

"Qırmızı Körpü" gömrük-sərhəd keçid məntəqəsi gücləndirilmiş iş rejiminə keçib.

 

İslaminSesi xəbər verir ki, bu barədə Gürcüstanın İctimai telekanalı məlumat yayıb. 

 

Bildirilib ki, gömrük-sərhəd keçid məntəqəsindən istifadə edən bütün şəxslər koronavirus təhlükəsi ilə əlaqədar yoxlanılır, yüksək bədən temperaturu müşahidə edilən vətəndaşlara isə Gürcüstan ərazisinə daxil olmağa icazə verilmir.

 

Yoxlamalar zamanı gömrük-sərhəd keçid məntəqəsindən iki İran vətəndaşı Gürcüstana buraxılmayıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system