NAMAZ VAXTLARI:
  • FƏCR 05:07
  • GÜN 06:27
  • ZÖHR 12:34
  • ŞAM 18:56
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 2678
Günaybankın sədr müavini 100 milyon manatı yalnız bu üsulla ölkədən çıxara bilərdi

Günaybankın sədr müavini 100 milyon manatı yalnız bu üsulla ölkədən çıxara bilərdi

Natiq Cəfərli: “Hər hansısa bankın sədr müavini yüz milyon manata yaxın vəsaiti heç kimin xəbəri olmadan ölkədən sərbəst çıxara bilməz”

 

Yerli mətbuatda “Günay Bank” ASC-nin idarə heyətinin sədr müavini Emin Zeynalovun əmanətçilərin 100 milyona yaxın vəsaitini götürərək ölkədən qaçdığı barədə məlumatlar yayıldı. Doğrudur sonradan bankın rəhbəri Mahmud Məmmədov açıqlama verərək yayılan məlumatları təkzib etdi. Lakin bu məsələ banklarda saxlanılan əmanətlərin təhlükəsizlik məsələsini gündəmə gətirdi.

 

Görəsən doğurdanmı hər hansı bir bankın səlahiyyətli şəxsi küllü miqdarda pulu asanlıqla ofşor zonaya köçürmək imkanına malikdir? Ümumiyyətlə bu proses necə tənzimlənir və dünya praktikasında necədir?

 

İslaminSesi mövzunu tanınmış iqtisadçı Natiq Cəfərli ilə müzakirə edib.  Ekspert bildirib ki, bu pullar çəmədanla deyil, bank köçürmələri vasitəsi ilə həyata keçirilir: “  Bu sistem vasitəsi ilə çıxarılan bütün vəsaitlər, Mərkəzi Bankın qeydiyyat sistemində görünür. Maliyyə Bazarlarına Nəzarət Palatasının verdiyi qərara əsasən 30 min dollardan artıq köçürülən bütün vəsaitlər Mərkəzi Bank tərəfindən monitorinq olunur. Bu maliyyə cinayətlərinin monitorinqi xartiyası çərçivəsində həyata keçirilir”.

 

Natiq Cəfərlinin sözlərinə görə, əgər belə bir hadisənin baş vermə ehtimalı varsa, deməli Mərkəzi Bankın qeydiyyat sistemində bu görünməli idi: “ Ən azından Maliyyə Monitorinq Mərkəzi bu vəsaitin hara və nə üçün köçürüldüyü haqda sual verməli idi. Yəni ölkədən köçürülən pul vəsaitinin əvəzinə, hansı məhsulun alınacağına dair izzahat tələb olunmalı idi. Düşünmürəm ki, hər hansısa bankın sədr müavini yüz milyon manata yaxın vəsaiti heç kimin xəbəri olmadan ölkədən sərbəst  çıxara bilər. Bu inandırıcı deyil”.

 

İqtisadçı qeyd edib ki, dünyada istənilən bank SWIFT sistem vasitəsi ilə köçürmələr  həyata keçirə bilir: “Amma Avropa Birliyi ərazisində çirkli pulların yuyulması xartiyası mövcuddur. Bu xartiyaya əsasən çirkli pulların yuyulması ehtimalı varsa, Avropa Birliyi komissiyası ciddi şəkildə yoxlamalar aparır. Yəni Almaniyadan Polşaya pul köçürərkən, mütləq müqavilə olmalıdır. Görünən odur ki, Azərbaycanda müqavilə əsası olmadan köçürmələr həyata keçirilir. Lakin bu əməliyyatın təkbaşına aparılması mümkünsüzdür”.

 

Natiq Cəfərli əlavə edib ki, xaricə köçürülən maliyyə vəsaitlərinin arxasında mütləq müqavilə sənədi olmalıdır. Yəni Mərkəzi Bankın təsdiqindən sonra SWIFT sistem vasitəsi ilə vəsait köçürülməyə açıq elan olunur. Yəni nəzarətsiz və xəbərdarlıqsız bu köçürmələri etmək mümkün deyil.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system