“Gül Vüqar”ı öldürən hakim qarşısına çıxarıldı
Oxundu: 376
14:35, 20.09.2018
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş müdirini öldürməkdə təqsirləndirilən Vüsal Novruzovun məhkəməsi başlayıb.
"İslaminSesi.info" -nın verdiyi xəbərə görə, hakim Rasim Sadıxov icraatında olan prosesdə hazırlıq iclası keçirilib.
İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses sentyabrın 25-də davam etdiriləcək.
İttihama görə, V.Novruzov 2018-ci il mayın 24-də Sumqayıt şəhərində 1979-cu il təvəllüdlü Quliyev Vüqar Ənvər oğlunu bıçalqayaraq öldürüb. Belə ki, V.Novruzov bir müddət əvvəl işdən çıxarılıb və bunu qəbul etməyərək əvvəl işlədiyi mağazaya gələrək orada keçmiş müdirini kürəyindən bıçaqlayaraq öldürüb.
V.Quliyev Sumqayıt şəhərində gül biznesi ilə məşğul olub və “Gül Vüqar” ləqəbi ilə tanınıb. Onun şəhərdə bir neçə gül dükanı var.
DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ
BÜTÜN XƏBƏRLƏR-
Eldəniz Quliyev Qobustan təcridxanasında islamçı məhbuslarla görüşdü 23:30, 16.02.2019
-
Müdafiə naziri Zakir Həsənov BƏƏ-yə yola düşüb 20:38, 16.02.2019
-
Narkoloji Mərkəzdəki “yanğın işi”: İntihar etmək istəyirdimsə, camaatı niyə yandırırdım? 15:05, 16.02.2019
-
Daha 318 şəhid vərəsəsinə 11 min manat veriləcək 14:50, 16.02.2019
-
İnstitut: Şamaxıda vulkan püskürməyib, gil kütləsi üzə çıxır 14:40, 16.02.2019
-
Bakıda dələduzluğa görə üç ildir axtarışda olan şəxs tutulub 14:25, 16.02.2019
-
Azərbaycanın Türkiyəyə qoyduğu investisiyanın həcmi açıqlandı 14:15, 16.02.2019
-
Sabahın hava proqnozu açıqlanıb 14:01, 16.02.2019
ŞƏRH YAZIN