NAMAZ VAXTLARI:
  • FƏCR 06:11
  • GÜN 07:36
  • ZÖHR 12:27
  • ŞAM 17:36
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 90
Güclü külək Zaqatalada fəsadlar törədib

Güclü külək Zaqatalada fəsadlar törədib

Güclü külək Zaqatalanın bir sıra kəndlərində fəsadlar törədib.

İslaminSesi APA-nın Şəki-Zaqatala bürosunun məlumatına istinadən bildirir ki, sentyabrın 11-i axşam saat 21 radələrindən başlayaraq sentyabrın 12-nə keçən gecəyə qədər Zaqatala rayon ərazisində qeyri-sabit hava şəraiti hökm sürüb.

 

Rayonun 3-cü Tala, Muğanlı və Yolayrıc kəndlərində qısamüddətli güclü küləklə müşayiət edilən leysan yağıb. Güclü külək nəticəsində Yolayrıc kəndində bir neçə evin, 20-dən çox tövlə və talvarın dam örtüyü uçub, ağaclar yıxılıb, elektrik dirəkləri və naqillərə zərər dəyib.

 

Nəticədə rayonun bəzi ərazilərində elektrik enerjisi verilişində fasilələr yaranıb. Hazırda kənd sakinləri və aidiyyatı qurumlar fəsadların aradan qaldırılması ilə məşğuldur.

 

Zaqatala Paylayıcı Elektrik Şəbəkəsindən bildirilib ki, yaxın saatlarda bu ərazilərdə elektrik enerjisi verilişi tam bərpa ediləcək.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system